Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

11 Mart

2017
11:46
370
UEFA futbolun inkişafı üçün Krıma 1 milyon avro ayırıb

FaktXəbər-in verdiyi məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Krımda futbolun inkişafı üçün 1 milyon avro ayırıb. Bu barədə cümə günü, 10 mart, Krım Futbol Federasiyasının (KFF) rəsmi saytına məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, İsveçrənin Nyon şəhərində UEFA-nin baş katibi Frantişeka Laurents, milli assosiasiyalar departamentinin direktoru Zoran Lakoviç, Krım Futbol Federasiyasının prezidenti Yuri Vetoxi, KFF-nin maliyyə və hüquqi məsələr üzrə rəsmisi Olqa Bezuqloviçin iştirakı ilə müşavirə keçirilib. Görüşdə aktual problemlər, o cümlədən bu idman növünün Krımda inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

"UEFA krım futbolunun inkişafı üçün 1 milyon avro ayırıb və Avropa Futbol Assosiasiyaları İttifaqının nümayəndələri Krım Futbol Federasiyası ilə müxtəlif layihələr üzrə əməkdaşlığa hazır olduqlarını bildiriblər",-deyə KFF-nin bəyanatında deyilir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com