Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Yanvar

2017
10:04
1165
Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlandı

Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib.

Bunu Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, artıq sözügedən qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib:

“Uşaq hüquqları haqqında ümumi normalar “Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və s. var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır”.

A.Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı uşaqların zorakılıqdan qorunması məqsədi ilə MM-ə bu konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edib. (Trend)

Məqalədə : uşaqlar qanun 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru