Tarix:30-08-2016 16:35
Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
Şərh yaz
2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.
 
Bu statistika insanın tüklərini biz-biz edir. Fikir verin, ən çox qadınlar və uşaqlardır intihar edən.
 
Hələ dünyanı dərk etməyən, günəşə oyuncaq kimi baxan uşaqlar özünü öldürür. Axı uşaqlıq insanın ən saf, ən təmiz dövrüdür. Uşaqlıq bizim vətənimizdir: gözəl günlər gördüyümüz, dondurma ilə, çərpələnglə xoşbəxt olduğumuz bir vətən.
 
İndi isə uşaqlar intihar edir. Onlar insanlığın vətənindən ayrılıb göylərə qalxırlar, yəni heçliyə. Balaca əlləri, balaca gözləri, balaca ümidləri olan uşaqlar.
 
Onlar niyə intihar edirlər? Niyə balaca bədənlərinə əzab verirlər? Yıxıla-dura, palçığa bata-bata oynadıqları oyun niyə yarımçıq qalır? Kimdir onların işıqlı dünyasına qaranlığı çiləyən? Bəlkə də şairin dediyi kimi, biz onlara bir günlük dünyanı verə bilmirik?
 
Biz bir uşağın gözlərində axtarırdıq xoşbəxtliyi. Bir anlıq qayğılardan, əzablardan xilas edirdi o gözlər bizi. Gərginliyimizi aradan götürən, bizi intihar fikrindən daşındıran da onların məsum gözləridir. O qədər gözəl, o qədər saf və müdhiş görünürlər ki, insan bir anlıq beynində dolaşan intiharı yerindəcə dondurur. Bax indi bizi həyata qaytaran o uşaqlar da intihar edir. Nədir onları bu yaşda qocaldan? Yoxsa onlar yerimədən əvvəl uçmağı öyrənirlər? O biri dünyaya uçmaqdır bəlkə istəkləri?
 
Ancaq, uşaqlar, bunu etməyin, siz həyatın ən gözəl tərəfinə düşmüsünüz. Sizin gözlərinizdə ən xaraba yerlər belə şahanə görsənir. Fikir verin, necə deyirlər? Uşaqları başsız qoymayın... Yəni sizi... Mənim anam intihar edəndə də eynən belə deyirdilər: “Uşaqları başsız qoydu”. Görürsünüz, hamı sizi necə də sevir. Siz olan yerdə siqaret çəkilmir, söyüş söyülmür, davalar olmur, ətrafınızdakı hər şey sizin üçün gözəlləşdirilir. Onsuz da o saf, məsum baxışlar bütün pislikləri gözəl bir mənzərəyə çevirəcək həmişə.
 
Axı bu uşaqlar üçün ölüm sözü sadəcə xəbər kimi işlənir. Uşaqlar birinin ölümünü hiss edirlər, ancaq hələ onlar üçün bu aydın deyil. Bir adamın hərəkətlərinin, danışığının bitməsi uşağa görə qaranlıq mövzudur. Ancaq bunu hara yazasan? İndi ölümün nə olduğunu dərk etməyən uşaqlar özləri ölümə doğru yüyürürlər...
 
Onların psixologiyasında nə baş verir? Uşaqlar niyə intihar edir? Səbəb nədir?
 
Psixiatr Orxan Fərəcli düşünür ki, uşaqlar insanın təzədən dünyaya qayıdacağına inanırlar: “Uşaqlarda intiharların səbəblərini yaş səviyyəsinə görə iki qrupa bölmək olar. İlk qrup ölüm anlayışını başa düşməyənlər. İkinci qrup isə başa düşənlər. Hər iki qrupun özünəməxsus səbəbləri var. Məsələn, ölümü başa düşməyən qrupdakı səbəblər içərisində ən genişi budur: elə bilirlər ki, insan ölmür, o geri qayıda bilər və ya cizgi filmlərində gördükləri səhnələr və sair detallar təsir edir. Bu yaş qrupu adətən 7-8 yaşından aşağıdır və çox da rast gəlinmir. Əsas çoxluq 2-ci qrupun üstünə düşür. Burda valideyn təzyiqi, ailə daxil söhbətlər, alkoqolizm, dərs keyfiyyətinin aşağı olması və sairdir”.
 
Bəs uşağı o ölümə aparan yoldan necə çıxarmalıyıq? Psiaxtrın rəyi belədir: “Burda əsas iş valideynlərin üstünə düşür. Uşaqla çox vaxt keçirmək və ən əsas həmin vaxtı əyləncəli keçirmək lazımdır. Müvəffəqiyyətsizliyi aqressiv çatdırmamalı, öz mübahisələrini uşağın yanında etməməli və şiddət ölüm aşılayan cizgi film və filmlərdən uzaq saxlamalıdırlar”.
 
Bir adam dünyaya uşaq gətirirsə, artıq onun yükünü də özü ilə daşımalıdır. Yoxsa hər gün içib gəlmək, uşağın gözünün qabağında anasını döymək... O məsum baxışlar üçün deyil bu mənzərə. O gözlər yalnızca işıq görməlidir, günəşi, dağları, ağacları, çiçəkləri görməlidir, daim gülümsəyən bir üz görməlidir. Yoxsa qəzəbli, əcaib üzlər yox. Qulaqları musiqi səsi eşitməlidir, güllə səsi, yumruq səsi deyil. Onların qulaqlarında çığırtı-bağırtı deyil, xoş sözlər muncuq tək düzülməlidir.
 
Filosof Müşfiq Şükürov uşaqların intiharına səbəbin valideynlərin ümidsizliyində görür: “İntiharlar ümumən fərdi səbəblərə görə olur. Amma kütləviləşirsə, bunun əsas səbəbi birdir - ictimai həyatın perspektivsizliyi, mənasızlığı. İstər bu İsveçrə kimi sosial cəmiyyətdə olsun, istərsə də Azərbaycan kimi problemlər içində üzən cəmiyyətdə. Bizdə bu ümidsizliklə bağlıdır. Uşaqlara da valideynlərdən sirayət edir. Arzular adamı yaşamağa sövq edir. Amma bizdə arzulamaq da çətinləşib. Məncə Salam Sarvanın “darıxma, düzəlməyəcək” ifadəsi Azərbaycan cəmiyyəti barədə çox şey deyir. Arzular üçün yer yaratmalıyıq cəmiyyətimizdə. Real, həyata keçə bilən arzular arzulaya bilməlidir insanlarımız”.
 
Bəlkə də uşaqların əlindən tutub parka aparmırıq. Bəlkə onlar artıq çərpələng uçurmurlar, oyunlar oynamırlar. Bəlkə də həyatımıza daxil olan internet onları real dünyadan qoparıb. Ata-ana ilə sərhəd hörülüb uşaqların arasına.
 
Müşfiq bəy uşaqlarla ünsiyyətin azalmasından narahatdır: “Təcili vəziyyəti düzəltmək alınmayacaq. Uşaqları ölümdən xilas etmək üçün valideynləri xoşbəxt etmək lazımdır. Təbii ki, mən ən ümumi tendensiyanı vurğulayıram. Amma burda ünsiyyətsizliyin də rolu var. Virtuallaşma qəribə də olsa tənhalaşma da yaratdı. Uşaqlar da bundan əziyyət çəkirlər. Uşaqlarla məşğul olmaq lazımdır. İntellektual, əyləncə, idman baxımından”.
 
Sözsüz, virtual dünya bizim təbii münasibətlərimizi aradan götürür. Psixoloq Elnur Rəhimovun dediyinə görə, informasiya uşaqların şüuraltına təsir edir: “İnformasiya əsrində yaşamağımızın burda öz təsiri var. Eyni zamanda ailə daxili konflikt də. Uşaqların dərki prosesi də intihara gətirib çıxara bilir. Axı informasiya resursları yaş məhdudiyyəti qoymur, hər kəs ondan istifadə edə bilir. Uşaqlar da bu informasiyanı alır. İnformasiya da şüuraltında itmir. Təbii ki, uşaqlar ölümü qavraya bilmir, sadəcə onlarda inikas olur. Ola bilsin, həmin təhlükə onları cəlb edir. Biz onlara deyə bilərik ki, bu pisdi, ancaq uşaq onu elə qavraya bilməz. İnformasiya düzgün çatdırılmalıdır. Bu gün insanlar o qədər informasiya aclığındadır ki... Bu da süni şəkildə yaradılıb. Bir insan 24 saat içində informasiyasız yaşa bilmir. Cəmiyyətdə mövqe tuta bilməmək faktı da informasiya aclığını yaradır. İfrat informasiya almaq bizim camaatın bəlasıdır. Hamı siyasətçidir, hamı ağıllıdır. Heç kim öz sahəsi ilə kifayətlənmir, istəyir hər şeydən danışsın. Ona görə də informasiya almağa acdır. Uşaqları bu informasiya bolluğundan qorumaq lazımdır. Uşaqların psixologiyasına informasiya pis təsir edə bilər. Təbii ki, burda evdəki problemlər də rol oynayır. Ancaq uşaq kasıblığı qəbul edər. Sadəcə düzgün tərbiyələndirmə olmalıdır. Uşaq görsə ki, evdə vəziyyət pisdir, ancaq ata restorandan gəlir, ana bahalı paltar alır. Bu onun psixologiyasına təsir edir”.
 
Elnur bəy intiharın qarşısını almağın tək yolunun canlı ünsiyyət olduğunu deyir: “Ailə daxili münasibət, məktəb psixologiyası, məktəblilərlə əlaqələr. Bunlara ciddi fikir verilməlidir. Eyni zamanda valideynlər uşaqları informasiyadan qorumalıdır. Daha çox canlı ünsiyyət olmalıdır uşaqla valideyn arasında. Yoxsa hamı başını telefonla qatsa alınmayacaq. Uşaqda rahatçılıq varsa əvvəlcədən təsbit olunub tədbirlər görülməlidir. Burda mühitin təsiri də var. Bəzi uşaqlar zəif olduqlarından onları mühit sıxır, informasiyalar mənfi təsir edir”.
 
Uşaqlarla söhbət edək, uşaq dilində danışaq onlarla. Tez-tez nağıllar oxuyaq, gözəl şeirlər deyək onlara. Ölüm göstəriləndə gözlərini qapayaq, oyuncaqlarla sevindirək onları. Gözləri robot deyil, insan görsün, robot səsi deyil, insan səsi eşitsinlər. Bir günlük deyil, bir ömürlük verək dünyanı onlara. Qoy dünyanı çərpələng kimi uçursunlar... Əsas odur, intihar eləməsinlər. (Lent.az)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
uşaq - intihar -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:30-08-2016 16:35 - Oxundu: 1029
Ailə-Uşaq
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?
04-06-2016 22:30 Diqqət əksikliyi və hiperaktivlik

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az