Tarix:14-06-2016 16:09
Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
Şərh yaz
Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir.  Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.   
 
0-2 yaşda sosial bacarıqların inkişafı . 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər   onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.
 
2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır.
 
2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn: Uşaq meyvəni yumaq istəyirsə, ona “sən bunu pis yuyarsan, ver mən yuyum” yox, “sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan” demək daha düzgündür.  Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.
 
6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir.   Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.
 
Sosial inkişafa uyğun fəaliyyətlər. Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir:
 
Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik  motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı , növbə ilə oynamağı öyrənirlər.
 
Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir.
 
Musiqi və sosial inkişaf: Musiqi kəlimələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır.
 
Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın  problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri , nizamlı olmağı, iradəli olmağı qazandırır. (dushunce.az)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
uşaq - sosial - inkişaf -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:14-06-2016 16:09 - Oxundu: 1617
Ailə-Uşaq
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?
04-06-2016 22:30 Diqqət əksikliyi və hiperaktivlik

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Türkiydə referendumun yekun nəticələri təsdiqləndi
28-04-2017 08:18
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az