Tarix:03-10-2016 12:39
Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
Şərh yaz
Bəzi uşaqlar məktəbə başlamazdan əvvəl çox istəkli görünür. Lakin məktəb zamanı gəldikdə bu istəkləri yox olur və dərsə getmək istəmirlər. Xüsusilə ibtidai sinfə başlayan uşaqlarda müşahidə edilən məktəb qorxusu anadan ayrı qalma və tərk edilmə narahatlığı ilə əlaqəlidir. Uşaq ananın yoxluğu zamanı özünə və anasına zərər gələcəyi, tərk ediləcəyi narahatlığı yaşayır. Tanımadığı bir mühitdə tanımadığı insanlarla, birdən-birə tək qaldığını gördükdə qorxur və narahat olur. Əgər uşaqdan soruşsanız, o, bu narahatlıq əvəzinə ailəsi ilə isti evində qalmağa üstünlük verər. Türkiyəli psixoloq Figen Karaceylan Çakmakçı məktəbə getmək istəməyən uşaqlarla necə davranmaq lazım olduğunu açıqlayıb. Mütəxəssisin fikirlərini təqdim edirik.
 
İlk ayrılıq: məktəb zamanı gəldi!
 
Əlbəttə, uşağın ana və ya atadan uzun müddət ayrı qaldığı ilk gün məktəbin ilk günüdürsə, uşaq məktəbi sevməyəcək. Çünki ilk dəfə məktəb onu ailəsindən ayırır. Buna görə də məktəb dövrü başlamazdan əvvəl bu həddindən artıq asılılığı aradan qaldırmaq üçün ailələr müxtəlif təlimlər həyata keçirməlidirlər: “Uşağınızın yanından ayrılarkən bunun səbəbini, hara gedəcəyinizi və nə zaman gələcəyinizi ona bildirin. Əgər söylədiyiniz vaxt gəlməsəniz, uşaq tərk edildiyini düşünəcək. “Axır ki, gəldim”, - desəniz də, o, hər gedişinizdə “birdən geri qayıtmaz”, - deyə düşünərək, narahat olacaq. Uşağınızın məktəb qorxusunu aşmasında məktəbin da böyük rolu var. Müəllim uşağa məktəbi sevdirməli, məktəbin nə işə yaradığını uşağın başa düşəcəyi bir formada izah etməlidir. Əgər uşağınızı məktəbdə tək qoyacağınızdan qorxursunuzsa, onun da rahat olmasını gözləməyin”.
 
Məktəb qorxusunun kökündə duran səbəblər
 
• Ümumiyyətlə, məktəb qorxusunun qaynağı ana və ya ananı əvəz edən insandan ayrılma qorxusudur.
 
• Ayrı qalmaq qorxusu ana və atada da varsa, uşağa da keçmiş olur
 
• Uşaq öz yoxluğunda ana-atasına nəsə olmasından və ya onu tərk edib gedəcəklərindən qorxur.
 
• Ana və ata uşağı özlərindən asılı tərbiyə edib böyütdükləri üçün uşağın özünəinamsızlığı məktəbdən qorxmasına səbəb olur.
 
• Uşaq tək olduqda özünü güvənsiz hiss edir.
 
 
Bu səbəblərdən də aydın olduğu kimi, erkən uşaqlıq dövründə davamlı ana-ata dəstəyi alan, məsuliyyət duyğusu aşılanmayan, özünəinamı inkişaf etməyən uşaqların məktəb qorxusu yaşaması realdır. Amma əlbəttə ki, bu, hər şeyin sonu deyil. Düzgün yanaşma olduqda uşaq hər şeyi daha sürətlə öyrənə bilər. Mütəxəssis bildirir ki, bunun üçün səmimi olmaq kifayətdir. Uşağa məktəbi sevdirə və nə olur-olsun məktəbə getməsini təmin edə bilsəniz, tezliklə məktəbə alışacaq: “Məktəb qorxusu daha çox məktəbə yeni başlayan uşaqlarda müşahidə edilir. Lakin daha irəli yaşlarda da baş verə bilər. Ailə daxili problemlərdən, məktəbdə baş verə bilən mənfi hallardan və ya sinifdə yaşadığı qorxudan da qaynaqlana bilər”.
 
Məktəb qorxusunun əlamətləri
 
• İstəksizlik, küsəyənlik və əsəbilik
• İştahsızlıq və yuxuda narahatlıq
• Məktəbə marağın olmaması
• Məktəbdə və evdə səbəbsiz yerə ağlamaq, dava-dalaş salmaq və diqqət cəlb etməyə başlamaq
• Evdə qalmaq və məktəb tapşırıqlarını etməmək üçün bəhanə axtarmaq
• Xəstə olmadığı halda tez-tez baş və ya qarın ağrısını bəhanə etmək
• Məktəbə gedərkən ağlama, xəstələnmə kimi davranışlar nümayiş etdirmək və evdə qalmağa icazə verildikdə bunların birdən-birə itməsi
 
Məktəb qorxusunun öhdəsindən necə gəlməli?  
 
• Bu mövzuda güzəştə getməyin, uşaq hər gün mütləq məktəbə getməlidir
• Uşağa məktəbin məqsədini açıqlayın. Məktəbə getmədiyi halda sinif yoldaşlarından geri qalacağını və dərslərdə axsayacağını izah edin. Uşağın özünü tərk edilmiş və tənha hiss etməsinə gətirib çıxaran davranışlardan uzaq olun.
• Qorxusu yüksək səviyyədədirsə, ilk həftə məktəbə birlikdə gedib-gələcəyinizi deyin. Bu, ardıcıl olarsa, onu tərk etməyəcəyinizi anlayacaq.
• Məktəbə getmədiyi üçün onu günahlandırmayın, qorxu və göz yaşlarına rişxənd etməyin.
• Vidalaşmaları tez və qısa edin.
• Onunla gününün necə keçdiyi haqqında danışmaq hər ikinizi də rahatlaşdıra bilər.
• Uşağa məktəbə getməli olduğunu və vaxt keçdikcə bu qorxunun onun dərslərindən geri qalmasına səbəb olacağını izah edin.
• Uşağın narahatlıqları, duyğuları haqqında danışmaq həm çətinliyini paylaşmasına, həm də onu anladığınızı hiss etdirməyə səbəb olacaq.
• Bu çətin vəziyyətin müvəqqəti olduğunu, özüylə eyni vəziyyətdə olan başqa uşaqların da olduğunu deyin.
• Boş zamanında oyun bacarıqları qazandıraraq ana-ataya asılılığı azaldın.
• Ana-atasını gözləmə vaxtı dəqiq olduqda uşaq qorxusunun öhdəsindən gələ bilər.
• Bütün bunlara rəğmən, məktəb qorxusu davam edərsə, uşaq psixiatrına müraciət edin. Edilən bir səhv məktəb qorxusunun davam etməsinə və problemin böyüməsinə yol aça bilər. (Lent.az)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
uşaq - məktəb - qorxu - psixoloq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-10-2016 12:39 - Oxundu: 1211
Ailə-Uşaq
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?
04-06-2016 22:30 Diqqət əksikliyi və hiperaktivlik

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az