Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2017
16:26
534
İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib. İclasda təşkilati məsələyə baxılıb.

FaktXəbər-in məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir ki, Cahangir Məmmədli həyata keçirirdi. Muxtar Kazımov İTV Yayım Şurasının üzvü olub.

İmanov Muxtar Kazım oğlu 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001-ci ildən AMEA Folklor İnstitutunun türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi olub. 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.“Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006) adlı monoqrafiyaların, yazılı və şifahi ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş onlarla məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir. “Bu yurd bayquşa qalmaz” (1995), “Zəngəzur folkloru” (2005) kitablarında çap olunan xalq ədəbiyyatı nümunələrinin toplayıcı və tərtibçilərindəndir.

Ailəlidir, iki oğlu var.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 21:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru