Tarix:09-12-2016 10:48
Turizmdə Azərbaycanla Gürcüstanın fərqi - Ekspert danışır
Şərh yaz
Milli Məclisin dekabrın 7-də keçirilən iclasında deputat Elşən Musayevlə spiker Oqtay Əsədov arasında polemika yaşanıb. Deputat ölkəmizdə turizmin inkişaf etmədiyini qeyd edərək, bu gedişlə Azərbaycanın bu sahədə qonşu Gürcüstandan qat-qat geri qalacağını bildirib.
 
Onun fikirləri parlament sədrinin sərt reaksiya ilə qarşılaşıb. O.Əsədov Gürcüstanın Azərbaycanın əyaləti boyda olduğunu bildirərək, turizm sahəsində ölkəmizin qonşu dövlətdən geriyə qalmasının mümkünsüzlüyünü vurğulayıb.
 
Əslən Gürcüstandan olan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, oktyabr ayında verilən məlumata görə, Gürcüstana 5.5 milyon turist səfər edib. Azərbaycanlılar turistlərin sırasında ilk pillədə qərarlaşıb. Təxminən 600 mindən çox azərbaycanlı turist qonşu ölkəyə səfər etmişdi ki, bu da turistlərin 12-13%-i təşkil edir. İlkin hesablamalara görə, təxminən turistlər 3 milyarda yaxın xərcləmələr ediblər. Bu da təbii ki, böyük rəqəmdir. Gürcüstan  kimi iqtisadiyyatı kiçik bir ölkə üçün bu rəqəm ciddidir. 
 
Turizmin inkişafı kafe, restoranların inkişafını, alış-veriş mərkəzlərində ticarət dövriyyəsinin artmasını, taksi xidmətinin inkişafını və gəlirlərinin artmasını təmin edir. Bir çox sahələr var ki, turizm inkişaf etdikcə bu sahələri də arxasınca aparır. Gürcüstan əslində burada velosiped kəşf etməyib, dünyanın inkişaf yoluna nəzər salıb. 108 ölkə ilə vizaları ləğv edib. Çox ucuz uçuşlar təşkil olunub. Gürcüstan bazarında 12 şirkət rəqabətli şəkildə fəaliyyət göstərir. Sərnişin daşımalarını burada nəzərdə tuturam. 108 ölkə ilə vizaların ləğvi ilə ucuz uçuşların təşkil olunması və digər amillər Gürcüstanı cəlbedici turizm mərkəzinə çevirib. 
 
Rəsmi rəqəmlərə görə Azərbaycandan xeyli dərəcədə qabaqdadır. Burada deputatın dediyində böyük həqiqətlər var. Turizm sahəsində Gürcüstanı Cənubi Qafqazın lideri saymaq olar. Amma ümumdaxili məhsulun həcminə və büdcəyə görə Azərbaycan irəlilədir. Bu da təbii neft faktoru ilə bağlıdır. Gürcüstanda digər sahələrdə də artım müşahidə olunur. İxracatının bu il ilk 10 ayında ötən ilə nisbətən ciddi artım müşahidə olunur. 12-14%-lik artım var. Bu da Gürcüstanın əlavə valyuta qazanmasına imkan yaradır".
 
 
İqtisadçı ekspert Azərbaycanın turizm sahəsində Gürcüstandan geri qalmaması üçün həyata keçirməli olduğu yollardan da söz açdı: “Turizmlə bağlı Azərbaycanın potensialı var ki, Gürcüstanı qabaqlasın. Həm coğrafi mövqeyinə, həm də ölkənin infrastrukturuna görə bu şansları var. Sadəcə, bu şanslardan istifadə etməyi bacarmaq lazımdır. Bunun üçün ilk növbədə, viza problemləri aradan qaldırılmalıdır. Azərbaycan uzun illərdir bununla bağlı müəyyən addımlar atmaq istəyir. Amma bu istiqamətdə ciddi bir irəliləyiş yoxdur. Bir faktı deyim ki, Türkiyədən Gürcüstana nəinki xarici pasportla, hətta sürücülük vəsiqəsi ilə belə keçmək mümkündür. Amma bizdə bir çox ölkələrə, o cümlədən, Türkiyəyə hələ də viza tətbiq olunur. Onlarla ölkə ilə vizanı aradan qaldırmaq lazımdır. Vizalar sadələşdirilməlidir ki, turist üçün ciddi problemlər yaranmasın. 
 
Bizdə ən böyük problemlərindən biri də miqrasiya xidmətində qeydiyyatla bağlıdır. Gürcüstanda bir ildən artıq qalan xarici vətəndaşlar qeydiyyata düşməlidirlərsə, biz də bu 10 gündür. Bu da ciddi problemlər və maneələr yaradır. Aviaşirkətlər məsələsində də problemlər var. Azərbaycan öz qapılarını aviaşirkətlərə açmalıdır. Ucuz sərnişin daşıyan şirkətlər Azərbaycana gəlməlidir. Bu sahələrdə, viza və qeydiyyat məsələsində irəliləyiş olsa, təbii Azərbaycan turizm sahəsində Gürcüstanla rəqabət apara biləcək. Əks halda bu sahələrdə əngəllər qalmaqda davam edəcəksə, nəticə əldə olunmayacaq, Gürcüstan turizm sahəsində daha da irəliyə gedəcək, gəlirlərini artıracaq”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Bakı - - Tiflis_ - Tbilisi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:09-12-2016 10:48 - Oxundu: 512
Münasibət
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)
29-03-2017 09:40
Magistraturaya qəbulun birinci mərhələsinin tarixi açıqlandı
29-03-2017 10:43
ANS: Azərbaycanın ən yeni tarixi siçovulların ümidinə qalıb
29-03-2017 11:21
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
29-03-2017 10:30
Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
29-03-2017 11:59
Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
29-03-2017 10:32
"Mən bu görüntülərdən dəhşətə gəldim" - VİDEO
29-03-2017 11:09
Dolların bugünkü MƏZƏNNƏSİ
29-03-2017 09:15
Səudiyyə polisi Şeyx Nimrin iki əmisi oğlunu maşında güllələdi - FOTO
29-03-2017 16:27
İnanclıların Hüquqlarının Müdafiə Komitəsi toplantı keçirib - VİDEO
29-03-2017 09:28
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az