Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
12:26
514
Turagentlərə ödəmələr yalnız nağdsız qaydada olacaq - QANUN

Prezident İlham Əliyev “Turizm haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. FaktXerer.com-un məlumatına görə, sənədə əsasən, turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçiriləcək.

Sənəddə deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341; 2016, № 12, maddə 2035) 9-cu maddəsinə aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il.

Məqalədə : turizm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru