Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
15:41
2460
TƏSƏVVÜR EDİRİSİZ! Gömrük Komitəsi də yağın qiymətindən narazıdır

"Kərə yağının qiymətinin baha olması gömrük rüsumu ilə bağlı deyil".

Bunu Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov bildirib.

O, xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə daxilində qiymətinin artırılması məsələsinə münasibət bildirib: “Kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil".

Ə.Hüseynov qeyd edib ki, bəzi mallara spesifik rüsumlar tətbiq olunur: "Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur"./APA

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 12:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com