Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

25 Yanvar

2017
13:26
1785
Təsadüfən metronun platformasından yıxılsanız - FOTO

Qədim bir məsəl var: ""Bıyy" bir dəfə olur". Yəni hər kəs gözləmədiyi vəziyyətə düşə bilər. Lakin mütəxəssislərin sözlərinə görə, dəqiq instrkusiya ilə istənilən mürəkkəb şəraitdən çıxmaq mümkündür.  

Bu gün FaktXeber.com metro platformasından təsadüfən yıxılacağınız halda nələrin etməyin mümkün olduğu barədə məlumat verəcək.

Özünüz çıxmağa çalışmayın

Platformanın altında təmas relsi var. Əgər ona toxunsanız güclü elektrik cərəyanı sizi vura bilər.

Qatar yaxınlıqda yoxdursa, qaçın

Əgər yaxınlaşan qatarın səsini eşitmir və özünü görmürsünüzsə, ayağa qalxıb relslərin arası ilə birinci qatarın dayanacağı yerə kimi qaçmalısınız. Adətən buy er ağ-qara zolaqla işarələnir. Qaçarkən bərkdən qışqırmağı unutmayın ki, insanlar sizi görsünlər və dərhal növbətçiyə xəbər versinlər.

Əgər qatar yaxınlaşırsa, relslərin arasına uzanmaq lazımdır

Qatar gələn istiqamətdə relslərin arasına uzanaraq əllərinizlə başınızı tutun. Beləliklə, travma almaq ehtimalı minimuma enir. Qeyd edək ki, relslərin qatarla təmas yeri təqribən 0.5 metr hündürlükdə olur. Bu səbəbdən qaydalara dəqiq riayət etsəniz, heç bir zədə almazsınız.

Əgər kimsə sizin gözünüzün qarşısında relsin üzərinə düşərsə

Belə olan halda  dərhal  növbətçiyə , yaxud fövqəladə  çağırış düyməsindən dispetçerə xəbər verin. Bundan başqa metropolitenin istənilən işçisinə də xəbər vermək olar.

Aşağı tullanaraq, ona çıxmağa kömək etmək lazım deyil, çünki aşağıda yüksək gərginlikli rels var.

Əgər  növbətçi, yaxud metro əməkdaşı ilə əlaqə yarada bilməmisinizsə, platformadan əllərin dairəvi hərəkəti ilə «Dayan» işarəsi vermək olar. Maşinist bu işarəni görüb, əyləci basar. 

Relslərin üzərinə hər hansı bir əşyanız düşübsə

Belə olan halda da, onları çıxarmağa çalışmayın. Növbətçiyə məlumat verən kimi,  o, xüsusi təhlükəsizlik tədbirləri görərək, əşyanızı ordan çıxaracaq.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com