Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

14 Aprel

2017
15:04
318
TRT-nin aparıcısı ermənilərdən üzr istəyib

FaktXəbər-in verdiyi məlumata görə, dünən Avropa Liqasının növbəti turu çərçivəsində Fransada keçirilən Lion-Beşiktaş oyununu şərh edən TRT aparcısı Alper Balıkçıgil ermənilərdən üzr istəyib. Buna səbəb oyunun keçirildiyi stadiyoma fanatların daxil olduğu vaxt aparıcının baş verənlərdə erməni diasporasının əli olması barədə fikirlər səsləndirməsi olub.
 
"TRT İdman" kanalının canlı yayımında "Beşiktaş"ın sabiq futbolçusu Ali Gültikenlə oyunu şərh edən Bakırcıgil, "Ermənilərin sıx yaşadığı bir bölgə olduğu üçün dolayısıyla türkiyəli azarkeşlərə qarşı təxribatın ola biləcəyi açıq şəkildə bildirilirdi",-deyə söyləyib.
 
Ali Gültiken isə "Erməni vətəndaşlarımızın hamısını bu işə qarışdırmayaq. Erməni icması "Beşiktaş"ı çox sevən bir icmadır. "Beşiktaş"a könül vermiş minlərlə insan tanıyıram. Azarkeşlərin içində terror etmək istəyənlər ola bilər",-deyə aparıcıya cavab verib.

Oyundan sonra etirazlara tuş gələn Alper Balıkçıgil açıqlamasına görə ermənilərdən üzr istədiyini bildirib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com