Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
16:00
137
Türk ordusundan 150-si general olmaqla 8 min nəfər qovulub

Türkiyə Silahlı Qüvvələrindən Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 150-si general və admiral, 4 min 287-si zabit olmaqla ümumilikdə 7 min 655 nəfər qovulub, 786 nəfər haqqında müvəqqəti vəzifədən uzaqlaşdırmaq qərarı verilib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib. Məlumatda bildirilir ki, FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra Quru, Dəniz və Hava Qüvvələri Komandanlığından çoxlu sayda heyət terror təşkilatı ilə əlaqəli olduqları üçün ixrac edilib.

Bu çərçivədə Quru Qüvvələri Komandanlığından ixrac edilən heyət sayı 4 min 801 nəfər olub. Bunların 87-sini generallar təşkil edir. 2 min 538 nəfər zabit, 1016 gizir, 1087 mütəxəssis sıravi əsgər, müqaviləli sıravi əsgər və 73 müqaviləli işçinin Quru Qüvvələri Komandanlığı ilə əlaqəsi kəsilib. Çevriliş cəhdindən sonra 140 əməkdaş haqqında isə müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırma qərarı verilib.

Dəniz qüvvələrindən 31 admiralla əlaqə kəsilib

Dəniz Qüvvələri Komandanlığından isə 31 admiral qovulub. Bunlarla yanaşı 646-sı zabit, 368-i gizir, 30-u mütəxəssis sıravi əsgər, müqaviləli sıravi əsgər və 27-si müqaviləli işçi olmaqla 1102 heyət ixrac edilib.

Komandanlıqda 121-i zabit olmaqla 231 əməkdaş vəzifədən uzaqlaşdırılıb.

Hava Qüvvələri Komandanlığı

Hava Qüvvələri Komandanlığında isə ixrac edilən heyət sayı 1752 olub. Bunların 32-sini generallar təşkil edir. 1103 zabit, 536 gizir, 55 mütəxəssis sıravi əsgər, müqaviləli əsgər ilə 26 işçinin Türk Silahlı Qüvvələri ilə əlaqə kəsilib. 

Hava Qüvvələri Komandanlığında 415 nəfər barəsində də müvəqqəti vəzifədən uzaqlaşdırma qərarı verilib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru