Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2018
09:31
Türkiyə Rusiyaya dəstək çıxdı

Türkiyə hökuməti ABŞ və Avropa ölkələrinin Rusiyaya təzyiq nümayiş etdirdiyi bir vaxtda Moskvaya dəstək çıxıb. FaktXəbər-in "Rossiya-24" kanalına istinadən verdiyi məlumata görə, Ankara 18 dövlətin həmrəyliyinə qoşulmayaraq Rusiyadan olan diplomatları ölkəsindən çıxarmayıb.

Türkiyə baş nazirinin müavini bildirib ki, Solsberi şəhərində baş verən insident London və Moskva münasibətlərinə aid olan məsələdir. O, əlavə edib ki, tərəflər öz aralarında bu məsələni həll etməlidir.
 
Qeyd edək ki, Rusiya əleyhinə olan diplomatların çıxarılması aksiyasına Türkiyədən əlavə, Avstriya, Slovakiya və Yeni Zelandiya da qoşulmayıb.
 
Məlumat üçün bildirək ki, 15 Avropa ölkəsi, ABŞ, Kanada və Ukrayna sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripal, onun qızı Yuliya və 19 nəfər yerli sakinin zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatları ölkədən çıxaracaq. Bununla da qovulmuş Rusiya diplomatlarının ümumi sayı 116 nəfərə çatacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 03:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com