Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
10:37
Türkiyənin təhlükəsizlik qüvvələri Azərbaycanda əməliyyat keçirib - FOTO

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində terror təşkilatının "Azərbaycan kassası" ilə Türkiyənin Mersin vilayətində FETÖ-yə bağlı iş adamlarına rəhbərlik edən yüksək səviyyəli terrorçunu xaricdə yaxalayıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, FETÖ üzvlərindən İsa Özdəmir Azərbaycanda, Salih Zəki Yigit isə Ukraynada yaxalanaraq xüsusi təyyarə ilə İstanbula gətirilib.

FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Terror təşkilatının bir dövr Azərbaycandakı işlərini həyata keçirən Özdəmirin FETÖ-nun "Azərbaycan kassası" olaraq da xidmət etdiyi bildirilir. Bakıda terror təşkilatı adına inşaat sektorunda podratçı fəaliyyət göstərən "Avro 2000" firmasının sahibi olan Özdəmir haqqında Ankara İkinci Sülh Cəza Hakimliyinin saxlama əmri var.

Ukraynada yaxalanan FETÖ üzvü Saleh Zeki Yigid isə iş adamlarından "hümmət" adı altında topladığı pulları başda Pensilvaniya olmaqla Afrika ölkələrindəki məktəblərin maliyyələşdirilməsi üçün ölkədən xaricə transfer edirmiş. Yigidin 15 İyul 2016-cı ildəki çevriliş cəhdindən sonra xaricə qaçdığı müəyyən edilibmiş.

Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəmbərovun sədrliyi ilə İsa Özdəmirin məhkəməsi keçirilib. Məhkəmədə Türkiyə Ədliyyə Nazirliyinin İsa Özdəmirin ekstradisiya məsələsinə baxılıb. Amma hakim Ankaranın ekstradisiya tələbini rədd edib, Özdəmir isə sərbəst buraxılıb. Ehtimal olunur ki, MİT məhkəmədən sonra əməliyyat keçirərək Özdəmiri həbs edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com