Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
11:57
618
Türkiyədə gömrükçülər şübhəli konteyneri açdılar, içindən daha şübhəli əşyalar çıxdı - FOTO

Türkiyənin Gömrük və Ticarət Nazirliyindən verilən yazılı açıqlamaya görə, Kocaelinin Evyap Limanına içində "ev əşyası" olduğu bəyan edilən və gedəcəyi ünvan ABŞ kimi göstərilən konteyner gətirilib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, əməliyyatlar davam edərkən konteynerdəki əşyaların sahibi S.H.A-nın vəkili M.Y. Gömrük İdarəsinə ərizə verərək şəxsin əşyasını xaricdəki evinə göndərməkdən imtina etdiyini və konteynerin geri qaytarılmasını istəyib. Bu tələbdən şübhələnən gömrük işçiləri qutunun möhürünü açanda banderollarla qarşılaşıb. Təsadüfən açılan bir banderol M.F.E. adlı şəxsin fotosu, həmin adam barəsində xəbər dərc olunduğu köhnə tarixli "Zaman", "Tərəf" və "Bu Gün" qəzetlərinin nüsxələri, FEM Dərshanələri və Fateh Kollecinin bukletləri çıxıb.

Daha sonra məsələ ilə əlaqədar Kocaeli Baş Prokurorluğuna məlumat verilib. 

Qutuda aparılan axtarışda, M.F.E, S.H.A. və müxtəlif şəxslərə məxsus şəxsiyyət vəsiqələri, pasport, bank kartları, 2 ədəd "E" seriyalı, 1 ədəd "B" seriyalı 1-lik ABŞ dolları, üzərilərində "Asian Holdings", "United Smart İndustrial Limited", "Sunsmart Corporation Limited Report And Financial Statements" firmalarına məxsus materialların yer aldığı çoxsaylı qovluq, "Samanyolu" televiziyasına məxsus loqolu Fətullah Gülən adlı VCD, müxtəlif sayda sənəd, CD, hard disk, vizit kartları, "Asiya Kart" hesabatları və fotolar olmaq üzrə ümumilikdə 110 cinayət dəlili olduğu bildirilən material aşkar edilərək götürülüb.

Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru