Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Fevral

2017
20:47
1160
Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

 

Türkiyə prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

 

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru