Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
10:16
Türkiyə texnikalarını İdlib əyalətinə köçürməyə davam edir-FOTO

Türkiyə müşahidə postlarını möhkəmləndirmək üçün texnikalarını İdlib əyalətinə köçürməyə davam edir. FaktXeber.com-un İnterfaks-a istinadla məlumatına görə, ümumilikdə 12 blokpost  bərkidilib.

Türkiyə Silahlı Qüvələrindən olan mənbə bildirib ki, bu postlara hücum  Türkiyəyə hücum kimi qiymətləndiriləcək və buna uyğun cavab veriləcək.

Xatırladaq ki, Suriyada Qərbin işğal planlarının qarşısını alan Rusiya və İran cütlüyü terrorçuların son qalası olan İdlib vilayətinin azad edilməsi planının icrasına başlayıblar. Bu şəhərin böyük hissəsi “Nusra-Cəbhəsi”nın, qalan hissələri isə İŞİD, “Azad Suriya ordusu” kimi digər terror qruplaşmalarının nəzarəti altındadır.

Bir müddət əvvəl isə rəsmi Ankara “Nusra Cəbhəsi”ni terror təşkilatı kimi tanıdığını açıqladı. Tehranda keçirilən sammitdə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında İŞİD, “Nusra-Cəbhəsi”, “Əl-Qaidə” və digər terror təşkilatları ilə mübarizə başa çatanadək əməkdaşlıqlarını davam etdirəcəklərini söylədi.

Amma bu açıqlamalara baxmayaraq, Avropa və ABŞ-la birgə rəsmi Türkiyə də İdlibin terrorçulardan təmizlənməsinə “dinc sakin qətliamı olacaq” açıqlamaları ilə etiraz edirlər. 6 ildir terrorçuların baş kəsmələrinə, insanları əsarət altında saxlamalarına, kütləvi edamlara səs çıxarmayanlar indi İdlib xalqının qeydinə qalırmış kimi mövqe göstərirlər.

 

Səbəb?

Bunun səbəbi «Lənət olsun içinizdəki terrorçu sevgisinə» analizinidə tam təfərrüatı ilə verilib.

Система Orphus
Məqalədə : İdlib 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com