Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
12:35
310
Türkiyə Təbiblər Birliyi: YOX deyirik

FaktXeber.com-un Sputnik-ə istinadla verdiyi məlumata görə, 14 mart Səhiyyə bayramı münasibəti ilə Türk Təbiblər  Birliyi açıqlama yayıb. Qurumun  Mərkəzi Şurasının rəhbəri  professor dr. Raşit  Tükel «14 mart, yeni bir başlanğıcın  ilk adımı olsun» deyib.

«OHAL dövründən(fövqəladə vəziyyət – red.) bu günə qədər 2761 həkim çıxarılıb. Adil və demokratik mühakimə üsullarına  riayət edilmədən özbaşına bir şəkildə işdən çıxarılan həkimlərlə problemlərini müzakirə etmək və həll yollarını tapmağı, təşkilatımızın bu dönəmdəki  təməl  məsuliyyəti kimi görürük»,  -ifadələrinin yer aldığı açıqlamada, «əməyin, demokratiyanın, hüququn, ictimai asayişin və həkimlik dəyərlərinin müdafiəsində duran  məsləkdaşlarımızın  xəstələrə və tələbələrinə tezliklə qovuşmaları, 14 Marta  gedərkən ilk tələbimizdir», - deyib.

Bəyanatda həmçinin bildirilir:

«Keyfiyyətli səhiyyə xidmətlərinin  təqdimi ancaq  xəstəyə  kifayət qədər  vaxt ayırmaqla, şiddətin olmadığı, etibarlı və müsbət iş şəraitləri ilə mümkün olacaq. 14 Mart Tibb Bayramında, hər şeyə rəğmən, iş şəraitlərimizin yaxşılaşdırılması və səhiyyədə zorakılıqla bağlı Türk Cəza Qanununa bir maddə əlavə olunması tələblərimizi bir daha səsləndiririk.

14 ildir tətbiq olunan səhiyyə siyasətinə - iş təminatı və işləmə şəraiti, sağlamlıq hüququ, yaxşı həkimlik və keyfiyyətli səhiyyə xidməti üçün YOX deyirik!

14 Mart - bütün pisliklərə və ədalətsizliklərə qarşı yaxşılıq, dostluq və həmrəylik, gələcək gözəl günlər və sülh içində bir həyat üçün yeni bir başlanğıcın ilk addımı olsun".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru