Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Mart

2017
11:44
944
Türkiyə Avropa İttifaqını sıxmağa başladı

"Ankara Avropa İttifaqı (Aİ) ilə miqrasiya üzrə sazişə əməl etməyə lüzum görmür, razılaşmaya yenidən baxılmalıdır". FaktXəbər-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik bildirib. O, əlavə edib ki, Türkiyə boynuna düşən öhdəliyi yerinə yetirsə də, Avropa İttifaqı ölkələri verdiyi sözlərə əməl etməyib.

Nazirin sözlərinə görə, artıq məlum olub ki, Brüssel Türkiyə vətəndaşları üçün viza liberallaşdırılması üzrə obyektiv mövqe tuta bilməz.
 
Avropa İttifaqı ilə miqrantlara dair sazişin ləğv edilməsinin mümkünlüyü barədə ötən həftə ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu da çıxış edib.
 
Qeyd edək ki, Brüsseldə Avropa İttifaqı və Türkiyə arasında 2016-ci il martın 7-də istisnasız olaraq bütün qaçqınların Yunanıstandan Türkiyə ərazisində yerləşdirilməsi barədə razılıq əldə olunub. Əvəzində Türkiyə vətəndaşlarına Avrpa Birliyi ölkələri ilə vizasız rejim, Avropa İttifaqı ilə inteqrasiya və AB ölkələri ilə danışıqların sürətləndirilməsi və miqrasiya böhranından çıxmaq üçün maliyyə yardımı ayrılması vəd olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 12:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru