Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
10:58
2643
Trezege: Bakıdakı stadion çox gözəl və genişdir

Fransa millisinin sabiq üzvü David Trezege Avropa Liqasının final oyunun keçirildiyi Olimpiya stadionu barədə xoş sözlər deyib. FaktXəbər bildirir ki, David Trezege Rusiyanın "sport-express" nəşrinə müsahibəsində stadionu çox gözəl və geniş sayıb. 

"Düzdür, Avroliqanın finalı ilə bağlı bir çox tənqidlər oldu. Amma məncə, bunun böyük hissəsi təşkilati məsələlərlə bağlı idi. Çünki stadion özü çox gözəl və genişdir. Bu, Bakının ilk belə təcrübəsi idi. İlklər nadir hallarda ideal olur. Əlbəttə, Azərbaycan Avropa hissəsindən bir az kənarda yerləşir. Ancaq bu təcrübə Bakıya Avro-2020-də çox kömək edəcək",-deyə veteran hücumçu qeyd edib.

Fransız futbolçu müsahibə zamanı Avro-2020-də hansı ölkəni favorit gördüyünü də açıqlayıb: "Fransa dünya çempionatında göstərdi ki, digərlərindən üstündür və 2016-ci ildən (finalda Portuqaliyaya məğlub oldu) parlayan potensialını ortaya qoydu. Ancaq mən İspaniya, Almaniya və İtaliyadan da çox şey gözləyirəm - müəyyən dəyişikliklər bu komandaların xeyrinə olmalıdır".

Məqalədə : David Trezege 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
91

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
95

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
97

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
93

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
114

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
119

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
122

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
234

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
259

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
245
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru