Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
15:28
Trampın vəkili Qətərdən 1 milyon dollar rüşvət istəyib

Donald Trampın vəkili Maykl Koen 2016-cı ildə prezident seçkiləri ərəfəsində Qətər hökumətindən yeni Ağ Ev rəhbəri ilə əlaqələr qurmaq müqabilində rüşvət istəyib. FaktXəbər bildirir ki, bu barədə "Theintercept" yazıb.  

Maykl Koenin Birləşmiş Ştatlarda seçkilər ərəfəsində Trampın prezident seçiləcəyi təqdirdə ABŞ hakimiyyətinə daxilolma və məsləhətləşmə imkanı təqdim etmək qarşılığında Qətər hökumətindən 1 milyon dollar tələb edib.

Lakin Qətərin XİN rəhbəri və Donald Trampın ilk təhlükəsizlik müşaviri Maykl Flaynın 12 dekabr 2016-cı ildə "Trump Tower"də görüşü zamanı Şeyx Məhəmməd bin Abdurrahman Əl-Sani bu təklifi rədd edib.
   
Qətərlə bağlı məsələ ötən həftə Maykl Koenin "AT&T", "Novartis" və "Columbus Nova" kimi şirkətlərdən Trampın ətrafına daxil olmaq qarşılığında pul almasının ortaya çıxmasından sonra məlum olub.
 
1 milyon dollar olayında adı hallanan Maykl Koen və Qətərin Vaşinqtondakı səfirliyi məsələni şərh etmək istəməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com