Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
09:54
1730
Trampın `Türkiyəni məhv edərik` açıqlamasına cavab

Türkiyə prezidentnin sözçüsü İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı sosial şəbəkədəki paylaşımına dair, "cənab Donald Tramp, terrorçular tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji müttəfiqlik öhdəliklərini yerinə yetirməsini və buna terror təbliğatı ilə kölgə salınmamasını gözləyir", - deyib.

FaktXəbər-in məlumatına görə, Kalın daha sonra, "cənab Donald Tramp, kürdləri ABŞ-ın terror siyahısında PKK və onun Suriya qolu PYD/YPG ilə bir tutmaq ölümcül xətadır. Türkiyə terrorçularla mübarizə deyir, kürdlərlə deyil. Kürdləri və digər suriyalıları terror təhlükəsinə qarşı qoruyacağıq", - deyə bildirib.

Qeyd edək ki, dünən Donald Tramp tvitter hesabından ABŞ-ın Suriyadan çəkilməyə başladığını və İŞİD ilə mübarizənin davam edəcəyini söyləmişdi:

"İŞİD xilafətinin qalan az qismini sərt şəkildə vurmağa davam edildiyi zaman, Suriyadan çəkilməyə başlayırıq. Yenidən toplanarlarsa, yaxınlıqdakı bazalardan təkrar hücum edəcəyik. Kürdlərə hücum etsələr, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 millik təhlükəsiz bölgəsi quracağıq. Eyni şəkildə, kürdlərin də Türkiyəni provokasiyaya çəkməsini istəmirik. Hazırda əsgərlərimizi evə gətirmək zamanıdır. Sonsuz müharibələri bitirəcəyik".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp Türkiyə Suriya İŞİD 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-03-2019 22:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com