Tarix:23-02-2017 11:38
Trampın “Fələstin dövləti modeli” dünyanı təəccübləndirmir
ABŞ prezidentinin qurucu maskasının yırtılması və dağıdıcı simasının ifşası üçün 30 gün bəs elədi
Şərh yaz
Dünya ictimaiyyətinin okeanın o tayına dikilmiş nəzərləri yavaş-yavaş çəkilməkdədir; beynəlxalq sülhə bu istiqamətdən yönələn təhdidlərin nisbətən azalacağı ehtimalı tədricən öləziyir. Başlıca səbəb Ağ Evin yeni sahibindən gözləntilərin birmənalı şəkildə özünü doğrultmamasıdır. Hər ötən gün Donald Tramp daha da “rəndələnir”, sürüşkənləşir, variantlanır, jandarmlaşır… qısası, yavaş-yavaş əsl Amerika Birləşmiş Ştatları prezidentinə oxşamağa başlayır. Amansız hərbdən, zorakı qloballaşmadan, ədalətsiz sanksiyalardan, adekvat cavab tədbiri reallaşdıran təcavüz aktlarından, üzücü regional münaqişələrdən bezən dinc bəşər, yürüdülən siyasətin qarşılıqlı anlaşmaya, bərabərhüquqlu əlaqələrə, iqtisadi əməkdaşlığa köklənməsinə çalışacaq bir amerikalı liderə bəslədikləri ümidləri ürəklərindəcə dəfn etməkdədir. Hiss olunur ki, seçki-inaqurasiya mərhələsində çoxsaylı qəribəlikləri ilə yadda qalan biznesmenin düşüncəsi, nitqi və hərəkətləri həm özü, həm də yönətmənləri tərəfindən ciddi redaktəyə məruz qalır. Başqa yol da yoxdur axı… Əks təqdirdə, kulisdən hər addımına göz qoyan mason lojasının qəzəbinə tuş gələr, sələfi Con Kennedinin taleyini yaşayar; bütün müttəfiqləri küsdürüb ölkəsinin beynəlxalq aləmdə təklənməsinə rəvac verər; Vanqa qarının proqnozları doğrular – ABŞ ştatlara parçalanar və sair.
 
Artıq Rusiya prezidenti Vladimir Putini qatil adlandıran teleaparıcının sözünü kəsən, vəzifə təhvil-təslimi zamanı nüvə çamadanını görəndə “dəhşətə gələn”, iş adamlarına yağlı vədlər verən, Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri salan İsraili bu mövqeyindən “bir az çəkinməyə çağıran” zorən siyasətçidən əsər-əlamət qalmayıb. Onu öyüd-nəsihət, təbliğat-təşviqat, cahanşümul ideyalar, saksafonda (balabanda) qandırmaqla, sadalananlardan nəticə hasil olmadıqda isə zəhər damcılarının təsirini xatırlatmaq və snayper tüfənginin nişangahını göstərməklə tərbiyələndirdilər. Onun Çinin iqtisadi qüdrətini azaltmağa hesablanmış Trans-Sakit Okean Ortaqlıq müqaviləsini (TPP) ləğvi, İran və Şimali Koreya haqqında səsləndirdiyi reallıqdan uzaq fikirlər, ABŞ xarici siyasətinin ruporuna çevrilmiş KİV-lər (“The-New York Times", NBC, ABC, CBS, CNN) barədə twitter səhifəsində yazdığı “xalqın düşmənidirlər" statusu da yalnız acı bir lətifə, qaravəlli səviyyəsində xatırlanacaq. Hər şeydən öncə ona görə ki, primitiv düşüncə tərzinin nümayişindən əlavə, ucuz sensasiya, reformator libasında zühur, necəsə dünyanın diqqətini cəlb eləmək məqsədilə ortaya atılmışdı.
D.Trampın daha bir illuziyası da bir neçə gün öncə İsrailin baş naziriylə birgə keçirdiyi mətbuat konfransında - Yaxın Şərqdə hökm sürən 70 illik gərginliklə bağlı mövqeyinin faş olması ilə dağıldı. Əslində Benyamin Netanyahu okeanın o tayına yəhudilərin yeni rəhbərliyə ciddi “stavkasını” nümayiş etdirməklə, Barak Obama dönəmində soyuyan ABŞ-İsrail münasibətlərini istiləşdirmək, təcavüzkar niyyətlərinə köklü zəmanət almaqdan ötrü getmişdi. Eyni zamanda, prezidentə görünməklə bəzi mesajlar vermək, ən başlıcası isə İsrail-Fələstin münaqişəsinin özləri üçün sərfəli həllində rəsmi Vaşinqtonun sərgiləyəcəyi mövqeyi konkretləşdirmək amacı güdürdü. Daha dəqiq, növbəti cığal, hoqqabaz, gözə kül üfürən oyunları və işğalçılıq layihələrində qərəzli, tərəfkeş arbitri möhkəmləndirməyə, ona neçə davranacağı və nə söyləyəcəyi ssenarisinin diqtəsinə çalışırdı, şübhəsiz ki, məqsədinə də nail oldu. Əks təqdirdə, Ağ Ev sahibi indiyədək problemin həlli istiqamətində ölkəsinin üzdə də olsa nümayiş etdirdiyi görüntünün üstündən çalın-çarpaz xətt çəkməzdi. Həmin həlledici görüşdə Tramp iki dövlət arasındakı “qırılmaz bağları" xatırlayıb, İsraili "sevimli müttəfiq" adlandırdı. Və yəhudi əsilli kürəkəni Ceyerd Kuşnerin də sıx əlaqələrinin olduğu ölkə ilə Obamadan xeyli fərqli, sionizmin maraqlarını qoruyan siyasət yürüdəcəyini heç gizlətmədi də… 
 
Bildiyiniz kimi, son proseslərə qədər həm Amerika, həm də BMT, Avropa İttifaqı, Ərəb Təşkilatı və digərləri Fələstin dövləti ilə sülh müqaviləsinin bağlanması zəminində konfliktin həllini dəstəkləyirdilər. Trampın seçki kampaniyası dövründə İsrail "West Bank"da yeni yaşayış məskənləri salırdı və gələcək prezident hökuməti bunu davam etdirməyə çağırırdı. Lakin daha sonra bu addımın "sülh üçün yaxşı olmadığını" vurğuladı. Ötən çərşənbə reallaşan konfrans zamanı isə konfliktə münasibətdə iki dövlətdənsə "vahid dövlət" ideyasını dəstəklədiyi bəyanlandı. Ağ Evdən açıqlanıb ki, Fələstin dövlətinin tanınmasını nəzərdə tutan sülh müqaviləsini pozmaq istəyirlər, belə bir nəticə ilə davamlı sülh əldə etmək mümkün deyil. "Heç kəs sülh gətirməyəcək iki dövlətin yaradılmasını hədəf götürməyib. Hədəf sülhün əldə edilməsidir, əgər tərəflər istəyərsə, bu, baş verə bilər, ya da ki, başqa cür həll etmək olar "- deyə, rəsmi mənbə bildirib. Tramp hətta həmin məsələnin gerçəkləşəcəyi təqdirdə ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürüləcəyini də söyləyib: "Nə baş verəcək görəcəyik, məsələ bizim diqqətimizdədir."        
Lakin absurd ideya anındaca sərt təpkilərlə qarşılandı. Ağ Evin və ardından Trampın Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan "iki dövlət" konsepsiyasına qarşı çıxmalarına BMT-nin baş katibi Antonio Qüterres münasibət bildirdi: "Konfliktin həlli üçün iki dövlətin yaradılmasından başqa alternativ yoxdur və bundan ötrün biz əlimizdən gələni etməliyik!"
 
Bildiyiniz kimi, 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxarıb. Qərara əsasən, Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz beynəlxalq ərazi olmalı idi. Sionistlər 1948-ci il may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Digər dövlətinsə nəinki yaranmasına imkan tanımadılar, tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də müxtəlif xəyanət və basqınlarla tutdular. 1974-cü ildən sonra BMT fələstinlilərə hüquqlarını qorumağa, özlərinə münasib üsulla (silahlı da olsa belə) əllərindən zorla alınmış yerləri uğrunda mübarizə aparmağa icazə verən qətnamələr hazırlandı. Bu sənədlərdə sionistlər irqçi və fələstinli köçkünləri doğma vətənlərinə dönməkdən məhrum edən tərəf kimi göstərilmişdi. Lakin ABŞ və müttəfiqlərinin hər zaman sionizmə dəstəkləri, "veto" hüququndan məharətlə bəhrələnmələri sayəsində belə qərarların həyata keçməsi müşkülə çevrildi. Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də də müdaxiləçidən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoyulması tələbini səsləndirdi. Amma çifayda, İsrail hökuməti İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək, əlavə 2500 ev tikmək niyyətini var-gücü ilə reallaşdırmağa çalışır.
 
Hər şeydən öncə məkrli planların ta qədimdən gen-bol ərazilərə malik, amma başına bomba yağdırılaraq tarixi torpaqlarından didərgin salınmış böyük bir xalqın sınıq taleyi üzərində qurulduğundan, elə onların da rəyi, reaksiyası əsasdır. Və təbii ki, Fələstin rəhbərliyi, ayrı-ayrı müqavimət hərəkatları, vətənpərvər birliklərdən əlavə, uzun illər qanuni haqları uğrunda cihada qalxıb şəhidlik məqamına yüksələn, ölümdən, vücudunun bir hissəsini itirməkdən qorxmadan Saxal tankları və buldozerlərinin qabağına daşla çıxan uşaqlı-böyüklü sadə kütlələr bu qərarı da təcavüzün növbəti mərhələsi və dünya jandarmının sülhpərvər maskasının cırılması kimi qiymətləndirəcək. Bir sözlə, fələstinlilər ABŞ-ın on illərlə davam edən sülh prosesini poza biləcəyindən narahat və qəzəblidirlər. Prezident Mahmud Abbas dəfələrlə supergücləri problemi düyünə salmaqda, rəsmi Tə-Əvivi isə aradakı hərbi-siyasi dartışmaları dini zəminli münaqişəyə çevirməkdə suçlayıb. Belə köksüz və zərərli manipulyasiyalara HƏMAS-ın münasibəti bəri başdan aydındır. Fələstin Azadlıq Hərəkatı rəhbərliyinə daxil olan Hanan Əşrəvi məsələ ilə əlaqədar bildirib ki, Tramp administrasiyasının "iki dövlət" həll yolundan imtinası sülhün əldə edilməsi üçün bütün şansların itirilməsi deməkdir: "Bu, Amerikanın xaricdə maraqlarını, duruşunu və etibarlılığını sual altına qoyacaq..." 
 
Artıq qeyd edildiyi kimi, Donald Tramp çıxışı zamanı ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi ehtimalına toxunub. Məsələnin “vahid dövlət” röyası gerçəkləşərsə, Qüdsün paytaxt olacağı planından qaynaqlandığına şübhə yoxdur. Ancaq absurd fikirlər istehsalçıları yəqin unudublar ki, hələ 1980-ci ildə BMT TŞ 478 saylı qətnaməsi ilə, Knessetin Qüdsü İsrail paytaxtı adlandırması qərarını qanunsuz adlandırıb.
İkincisi, proseslərin belə cərəyanı İslam aləmi, dövlətləri və cəmiyyətlərinin baş verənlər qarşısında susqunluq göstərməyəcəklərinə şübhə yeri qoymur. Çünki İslam dinində həmin yerlər müqəddəs və mübarək sayılır. Orada müsəlmanların ilk qibləsi olmuş Əqsa məscidi yerləşir. Əl-Əqsa Allah-təala üçün yer üzündə tikilmiş ikinci məsciddir və müqəddəs məscidlər arasında 3-cü yerdədir. Həzrət Məhəmmədin (s) bərəkətli meracına görə, məkan İsra (Merac) ərazisi də deyilir. Fələstin həm də Peyğəmbərlər Torpağı adını daşıyır. Çünki bir çox İlahi Elçilər bu ünvanda dünyaya göz açmış, ömür sürmüş və dəfn olunmuşlar. İslama görə, bura həm mənşər (Allahın bəndələrini diriltdiyi), həm də məhşər (Qiyamət günündə insanların toplandığı) yer kimi məşhurdur.
 
Qüdsün yəhudiləşdirilməsi də sionizmin ilhaq planlarına daxildir. Belə ki, şəhərin 86%-nə ağalıq edən İsrail buranı yəhudi mühacirlərlə doldurmağa çalışır. 2000-ci ilin statistik göstəricilərinə görə,  yəhudilərin əlində olan hissədə 450 min yəhudi və 210 min fələstinli yaşayırdı. Şəhərin şərq hissəsində – Əqsa məscidinin yerləşdiyi ərazilərdə isə 200 min yəhudi yerləşdirildi və onların yaşadıqları qəsəbələri yəhudi yaşayış məskənləri ilə əhatəyə aldılar. Məqsəd şərqi Qüdsü ərəb yaşayış məskənlərindən təcrid etmək idi. Onun yanındakı Məğaribə qəsəbəsini dağıdaraq, bu yerləri də mənimsədilər. Əqsanın altında  mərhələlərlə aparılan qazıntı işləri və çəkilən 4 tunel (keçid) məscidin hər an uçulub-dağılma təhlükəsini törədir. Sionistlər 25-dən çox terror qruplaşması yaradıblar ki, məqsəd Əqsa məscidini dağıtmaq, yerində Süleyman məbədi tikməkdir. 1967-ci ildən sözügedən istiqamətdə 112 təxribat hadisəsi hazırlanıb, ən dəhşətlisi də 1969-cu ilin 21 avqustunda Əqsa məscidini yandırmalarıdır.
Lakin təəssüf ki, zorən məskunlaşdırma siyasəti təkcə Qüds və ətrafı ilə məhdudlaşmır. 1948-ci ildə işğal etdikləri ərazilərdə yerləşmələri üçün 756 şəhər və kənd inşa olunub. 1967-ci il müharibəsindən sonra qərb ərazilərinin 60%-nin müsadirəsi zəminində bu torpaqlarda özləri üçün 192 yaşayış məskəni salıblar. Bundan başqa sionistlər Qəzza zolağının 30%-ni də nəzarətə alaraq, burada 14 yeni yaşayış məskəni tikiblər. Fələstinlilərin həmin yerlərə qayıtmasının yasaqlandığı bir dövrdə İsrail xaricdə yaşayan yəhudilərin emiqrasiyası üçün bütün vasitələrdən bəhrələnir. Qarşı tərəfin statistikası isə tamamilə əksinə və faciəlidir: 1948-ci ildə işğal edilmiş torpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və Qərb Sahilindən qovulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərinə qayıtmaqdan məhrumdur. Deməli, fələstinli didərginlərin ümumi sayı 6 milyon 400 nəfərdir ki, bu da xalqın 68%-ni təşkil edir. Göstərici həm də onu təsdiqləyir ki, dünyada ən çox qaçqın fələstinlilərin sıralarındadır.
 
Bununla belə, Fələstin yaşayır və döyüşür. Taleyüklü problemləri tez-tez beynəlxalq təşkilatlarda, prezident iqamətgahlarında masalar üzərinə gəlsə də, o istiqamətdən hər hansı ədalətli qərar və müsbət nəticə gözləmədən çarpışırlar. Çünki gözəl anlayırlar ki, düşmənlərinin dostu onların ən qatı düşmənidir. Yaxşı bilirlər ki, humanizm libasına bürünmüş canavar xislətliləri yaxına, ocaq başına buraxsalar, müşkülatların həllini tapmaq, dərdlərinə çarə qılmaq əvəzinə, problemi monopoliyaya alacaq, konservləşdirəcək, digər hüquqları kimi, onu çözmək haqqını da mənimsəyəcək, gələcəkdə heç bu barədə danışmağa belə, imkan verməyəcəklər... Necə ki, dünya təcrübəsində oxşar presedentlər çoxdan var... Hansı ki, Donald Trampın öz ölkəsinin mövqe və maraqlarını ifadə edən sərsəm sayıqlamaları artıq səslənməkdədir...    
 
Qurban Cəbrayıl
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Trampın - “Fələstin - dövləti - modeli” - dünyanı - təəccübləndirmir -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:23-02-2017 11:38 - Oxundu: 523
Analiz
14-03-2017 14:11 Mən ləzgiyəm, mən talışam, mən rusam...
11-03-2017 10:58 Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat necə olacaq? - REAKSİYALAR
10-03-2017 11:34 Tələbələrin ölüm səbəbini hər birimiz görürük - VİDEO
03-03-2017 16:47 Azərbaycan qadınını yerdən yerə vuran rejissorlara
25-02-2017 13:44 Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
23-02-2017 11:38 Trampın “Fələstin dövləti modeli” dünyanı təəccübləndirmir
23-02-2017 10:11 Birinci devalvasiyadan ötən 2 ildə nələr itirdik, nələr qazandıq...
22-02-2017 12:33 Hədəf Putinin "Siloviklər"idirmi? - ANALİZ
14-02-2017 15:32 Siyasi quduzluq diaqnozu
14-02-2017 10:57 Sevginizi çərçivəyə salmayın, kitablarınızı isə paylaşın
01-02-2017 16:34 ABŞ əvvəlcə bombaladı, sonra qadağan etdi - ANALİZ
26-01-2017 15:15 İntihar – psixologiya, yoxsa düzgün tərbiyə
19-01-2017 09:43 Qazın qiymətinin yenidən artacağının anonsu verildi
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az