Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
15:33
1001
Tramp Fransa prezidentinin xanımına sözlədiyi sözlərə görə `əxlaqsız` adlandırılıb - VİDEO

ABŞ prezidenti Donald Tramp Fransada səfərdə olarkən həmkarı Emanuel Makronun həyat yoldaşı Bricit Makrona, "gözəl fiziki formadasınız" söyləyib.

FaktXəbəri-n məlumatına görə, "Sky News" yazır ki, Paris səfəri zamanı Tramp prezident xanımına iki dəfə bu cür söz söyləyib.

Bu sözlər söylənən zaman Bricit Makron ABŞ prezidentinin xanımı Melani Trampın yanında dayanıbmış.

"The Guardian" qeyd edir ki, Trampın bu sözləri sosial şəbəkələrdə sərt etirazlarla qarşılanıb və istifadəçilər ABŞ prezidentini əxlaqsızlıqda ittiham ediblər.

"Cənab Tramp, qadınlar sizin onların bədəni barədə nə düşündüyünüzü göstərən iradları eşitmək istəmirlər. Bu kobudluqdur və yersiz addımdır", - deyə amerikalı aktrisa Cennifer Sibel bildirib.

Xatırladaq ki, ötən il "The Washington Post" 2005-ci ildə Trampın bir videosunu yaymışdı. Videoda Tramp bildirirdi ki, ulduz-milyarder olaraq qadınlarla hər şey etməyi özünə rəva bilir. 2016-cı ilin oktyabrında Tramp həmin sözlərə görə üzr istəmişdi. 

Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru