Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
20:53
Tramp və Merkel Brüsseldə görüşüb

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Brüsseldəki NATO Sammiti ərəfəsində ikitərəfli görüş keçirib.

FaktXəbər-in məlumatına görə, Tramp görüşə dair jurnalistlərə verdiyi açıqlamada, "çox yaxşı görüş keçirdik. Kansler (Merkel) ilə çox yaxşı münasibətimiz var", - deyib.

ABŞ-ın Almaniya ilə əlaqəsini "möcüzə" kimi səciyyələndirən Tramp, Merkel ilə hərbi xərclər və ticarət məsələlərini müzakirə etdiklərini bildirib.

Merkel isə miqrasiya məsələsinin də görüşdə gündəmə gəldiyi məlumatını bölüşərək, "ABŞ Almaniyanı yaxşı tərəfdaşıdır", - deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Almaniyanı NATO ilə bağlı müdafiə xərclərini artırmayacağı səbəbilə tənqid etmişdi. Həmçinin Almaniyanın Rusiya ilə neft və qaz müqavilələri bağlamasının "çox əlverişsiz" olduğuni deyən Tramp, "Almaniya enerji üçün Rusiyaya yüksək səviyyədə ödənişlər edir. Bu səbəbdən Almaniya Rusiyanın əsiridir", - deyə bildirmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp Merkel 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com