Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
10:36
208
Tramp İrana qarşı sanksiyaların ləğvi barədə qərarı yoxlamağı tapşırıb

ABŞ prezidenti Donald Tramp, dünya ictimaiyəti ilə nüvə proqramı razılaşması çərçivəsində İranın üzərindən sanksiyaların qismən götürülməsinin Amerikanın maraqlarına uyğun olub-olmadığını müəyyənləşdirməyə tapşırıb. FaktXəbər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Reks Tillerson bildirib.

«Prezident Donald Tramp Milli Təhlükəsizlik Şurasının (Ağ Ev-red.) rəhbərliyi altında müxtəlif qurumların iştirak edəcəyi hərtərəfli birgə fəaliyyət planının nəzərdən keçirməyi tapşırıb. İrana qarşı sanksiyaların plana uyğun dayandırılmasının ABŞ-ın milli maraqları üçün həyati vacib olub-olmadığını icmal qiymətləndirəcək», - deyə Tillersonun bəyanatında deyilir.

Xatırladaq ki, İran və «altılıq» ölkələr 2015-ci ilin iyulun 14-də İran atomunun uzunillik probleminin həlli ilə bağlı tarixi razılıq əldə ediblər. Yerinə yetirilməsinin İrana qarşı əvvəllər BMT TŞ, ABŞ və Avropa Birliy tərəfindən tətbiq olunan iqtisadi və maliyyə sanksiyaların götürəcək hərtərəfli fəaliyyət proqramı qəbul olunmuşdu. 

Qeyd edək ki, Dövlət Departamenti Nümayəndələr Palatasının spikeri Pol Rayana məktubunda təsdiqləyir ki, aprelin 18-nə olan məlumata görə, İran sazişlə əlaqədar öz öhdəliklərini yerinə yetirir. 

Bununla belə, ABŞ İrana qarşı sanksiyaları saxlayır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru