Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2016
09:43
1995
“Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil”- Ziya Məmmədov

Nəqliyyat naziri Ziya Məmmədov oğlunun ABŞ prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

Nazir dəvətdən xəbərsiz olduğunu vurğulayıb: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.

Qeyd edək ki,  “Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub. İş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq. (Musavat.com)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 23:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com