Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
12:23
163
Tramp Kolumbiyanın sabiq iki prezidenti ilə gizli görüş keçirib

ABŞ prezidenti Donald Tramp Kolumbiyanın iki sabiq prezidenti Alvaro Uribe və Andres Pastrano ilə gizli görüş keçirib. FaktXeber.com-un Qazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Miami Herald xəbər yayıb.

Görüş ötən bazar Trampın Floridadakı Mar-a-Laqo rezidensiyasında keçirilib. Bu barədə Amerika prezidentinin qrafikində məlumat olmayıb və Trampla birlikdə rezidensiyaya gedən jurnalistlərə də xəbər verilməyib.

Kolumbiya KİV-lərinə istinad edən qəzet bildirir ki, görüş respublikaçı Marko Rubio tərəfindən təşkil olunub.

Ağ Ev rəsmisi Şon Spayser əvvəlcə görüş barədə məlumat verməkdən imtina edib, sonra isə bunun əhəmiyyətini kiçildərək xəbəri təsdiqləyib. 

Fevral ayında xəbər yayılmışdı ki, Tramp Kolumbiya prezidenti Xuan Manuel Santosla danışıqlarında Venesuela hadisələrindən narahatlığını dilə gətirib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru