Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
23:00
Tramp: Əcnəbiləri izləmə proqramı uzadılmalıdı

Amerika prezidenti Donald Тramp konqresi əcnəbilərə qarşı casusluq proqramının fəaliyyət müddətini uzatmağa çağırıb.

FaktXəbər-in RT-yə istinadən verdiyi məlumata görə, o, söz verib ki, proses zamanı amerikalılar təsadüfi olaraq belə, izlənməyəcək.

"Mən şəxsən bu vəzifəyə gəldikdən sonra (izləmənin məlumat bazasına təsadüfən düşən amerikalıların kimliyinin-RT) açıqlanma prosesinə düzəliş verməyi əmr etmişəm. Bugünkü səsvermə xarici ərazidə olan xarici "pis qaqaşların" xarici izlənməsinə aiddir. Bu, bizə lazımdır! Gəlin, ağıllı olaq!"- deyə dövlət başçısı öz Twitter hesabında yazıb.

Xatırladaq ki, digər ölkələrin sakinlərinə qarşı casusluq proqramının mövcudluğu haqda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərin dərc olunmasından sonra məlum olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ Tramp izləmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 11:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com