Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
22:03
651
Toya gedən ailə qəzaya düşdü: 2 qardaş öldü, 3 yaralı - VİDEO

Bu gün Bakı Quba yolunun 45-ci kilometrliyində baş verən ağır qəzanın təfərrüatları məlum olub. FaktXəbər-in "Avtosfer"ə istinadən məlumatına görə, 99 EA 934 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil yolun kənarında dayanmış "Kamaz" markalı yük maşınına dəyib. Nəticədə avtomobildə olan 2 qardaş həlak olub, 3 nəfər isə yaralanıb.

Məlum olub ki, Qubaya toya gedən 3 qardaş və onların yaxın qohumları "Hyundai" markalı avtomobili kirayə götürüblər. Yolda ötmə əməliyyatı aparan sürücü "Qaz 31" markalı maşını ötməyə çalışarkən öz zolağına tez qayıdıb və "Hyundai" ın arxa hissəsi "Qaz 31"ə deyərək idarəetməni itirib. Sürücü avtomobili toplaya bilməyib və yolun kənarında nasazlıq səbəbindən dayanmış "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə sükan arxasında olan sürücü  Zəkiyev Mikayıl Məzahir oğlu və hadisə yerində keçinib. Onun iki qardaşı və digər iki qohumu isə ağır xəsarətlə Sumqayıt şəhər Xəstəxanasına çatdırıb. Orada həkimlərin səyinə baxmayaraq sərnişin qismində ön hissədə əyləşən sürücünün digər qardaşı da dünyasını dəyişib. Daha 3 nəfər isə hazırda xəstəxanada müalicə alır. Onlardan birinin vəziyyəti ağır, birinin kafı, üçüncüsü isə qismən yaxşıdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə : yol qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1114

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1340

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
58
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 13:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru