Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Mənim evim - mənim qalam” ifadəsi boşuna deyilməyib. Evimiz və ya mənzilimiz həmişə qayıtmaq istədiyimiz, yer üzündəki ən təhlükəsiz və rahat guşədir. Evi ev edən isə onun içərisindəki əşyalar, ən əsası isə mebeldir.
Bu gün paytaxtda kifayət qədər mebel salonları var ki, burada istənilən zövqə uyğun mebellər tapmaq mümkündür. Ancaq qiymətlərə gəlincə, zövqünüzə uyğun mebeli almaqda və evimizi istədiyimiz kimi düzənləməkdə bir qədər tərəddüd etməli oluruq. Çünki qiymətlər “ceyran belindədir” desək, yanılmarıq.
Məhərrəmlik ayı çıxdığından artıq toylar başlayıb. Məhz bundan istifadə edən bir sıra işbazlar isə qiymətləri bahalaşdırıblar. Azərbaycanda yerli istehsal mebellərlə yanaşı İtaliya, Rumıniya, Türkiyə, Yunanıstan kimi ölkələrin mebellərini də tapmaq mümkündür. Təbii ki, qiymət də, mebelin hara istehsalı olmasından asılı olaraq, dəyişir. Bir neçə mebel salonuna baş çəkib qiymətlərlə maraqlandıqda doğrudan da təəccüblənməmək mümkün deyildi.
İlk baş çəkdiyimiz məkan “Yağmur” mebel salonu oldu. Burada Türkiyə və İtaliya mebellərinin olduğunu deyən satıcılar qiymətlərin 8 min manatdan başladığını deyirdi. İtaliya mebelləri isə 18 min manatdan başlayır. Belə ki, burada ən ucuz mebel Türkiyə istehsalı olan “Artella” yataq dəstidir ki, onun qiyməti endirimlə 4300 manatdır. “Escuda” yataq dəstinin qiyməti isə 10 min manatdan 9800 manata endirilib. Satılan qonaq dəstləri, yumşaq mebellərin isə hər bir hissəsi ayrı-ayrılıqda satılırdı. Mətbəx üçün nəzərdə tutulmuş stulların 1 ədədi 80-200 manat arasında dəyişirdi. Özəlliyi isə Azərbaycan yox, Türkiyə istehsalı olmasıdır.
Daha sonra Azərbaycanda məşhur olan “İstikbal”a baş çəkdik. Azərbaycanda bir neçə satış nöqtəsi olan “İstikbal”ın məhsulları paytaxtda öz qiymətindən dəfələrlə baha satılır.
“İstikbal”ın Türkiyə saytına girib mebel qiymətlərini müqayisə etdikdə aradakı fərqin nə qədər böyük olduğunu görmək olur. Burada qonaq otağı dəstləri formasına görə 5000, 5060, 6825 manata satılırdı. “İstikbal” mebel salonunun satıcısı qiymətlərin baha olmasının məhsulların Türkiyədən gətirilməsi ilə əlaqəli olduğunu dedi. Satıcının sözlərinə görə, qiymət artımı daha çox məzənnə ilə bağlıdır. Mebellər oradan dollarla alındığı üçün fərqlənir. Mebel salonunda olan alıcı Rəna Əliyeva “İstikbal”dan qonaq otağı dəsti almağa gəlsə də, fikrindən daşındığını dedi: “Mənim bəyəndiyim qonaq otağı dəstləri bahadır. Düşünmüşdüm ki, 4-5 minə ürəyimcə olan bir dəst tapa bilərəm. Yəqin ki, digər mebel salonlarına baxacam”.
Bu mebel salonlarında alıcılar da olduqca azdır. Hətta mebel salonunda alıcı görəndə satıcılar sevinir. Hətta bir sıra mebellər var ki, endirimlə satılır. Məsələn, xarici istehsal olan 16 min 500 manata satılan qonaq dəsti 14 minə, yumşaq mebel dəsti 10 min 200 manatdan 8 min 875 manata, yataq dəsti isə 9 min manatdan 6200 manata düşüb. Ancaq müxtəlif endirim kampaniyalarına baxmayaraq, yenə də xarici istehsal olan mebellərə olan maraq böyük deyil. Daha çox yerli mebellər alınır ki, bunun da səbəbi onların qiymətinin xarici istehsal olan mebellərdən dəfələrlə ucuz olmasıdır.
Yerli mebellərin qiyməti ilə də yaxından tanış olmaq üçün yolumuzu “Madeyra” mebel salonundan saldıq. Burada qiymətlər 900 manatdan başlayırdı. Təbii ki, məsələn, 1200 manata bir yataq otağı dəsti alırsansa, yatağın döşəyi ayrıca satılır və qiymətləri 200 manatdan başlayır. Burada 1100 manata yataq dəsti, kornella künc divanının kiçik yazı stolu isə ayrıca 250-300 manata satılırdı.
Bu isə o deməkdir ki, bir divanı almaq əslində sizə 1200 yox, 1500 manata başa gələcək. Təbii ki, əgər siz bütün bunları kreditlə almaq istəsəniz, o zaman bu rəqəm iki dəfəyədək artır desək yanılmarıq. Yerli istehsal sayılan “Embawood” mebel salonunda isə qiymətlər “Madeyra”dan bir qədər baha idi. Burada da mebellər yerli istehsal idi.
Müxtəlif mebel salonlarında apardığımız araşdırma zamanı məlum oldu ki, hazırkı qiymətlərlə bir evi normal mebel dəsti ilə təchiz etmək üçün yerli istehsal mebel alırsansa, təxminən 10 min manat , xarici mebellərlə təchiz etmək istəyirsənsə, 20-30 min manat arasında pul lazımdır.
Xarici ölkələrə nəzər salsaq bu ölkələrdə mebellərin qiymətlərinin və tələbatın Azərbaycandakından az olduğunu görərik. Ümumiyyətlə, dünya ağac ehtiyatlarının 25 faizdən çoxu Rusiya ərazisində yerləşdiyinə baxmayaraq, mebel sənayesinin zəif inkişaf etməsi nəticəsində Rusiya dünya mebel bazarının cəmi 2 faizini istehsal edir. Eyni zamanda ərazisinin yalnız 14 faizi meşə örtüyü olan və mebel sənayesi üçün ilkin xammalın 97 faizini idxal edən Çin dünya mebel bazarının 9,4 faizini təmin edir. Əhalisi cəmi 2 milyon olan, mebel üçün xammalın 94 faizini idxal edən Sloveniya isə ildə 600 milyon dollar məbləğində mebel ixrac edir.
Ümumiyyətlə, mebel seçimində onun hansı üsluba aid olması da evinizə gələn qonaqlar üçün sizin barənizdə çox söz demiş olur. Mütəxəssislər bildirirlər ki, şərq üslubu daha çox şan-şöhrət, zənginliyi təcəssüm etdirir, Avropa stili isə ucuz və rahatlığı ilə seçilir. (musavat.com)
- 06-10-2017 11:25 Auditorlar AZAL-da nə tapıblar - ARAŞDIRMA
- 24-04-2017 14:15 Azərbaycanda əhali daha az çörək yeməyə başlayıb
- 22-04-2017 14:05 Uşaqlar məktəbdə nə yeyirlər?
- 19-04-2017 14:28 Azərbaycanın xaricdə müxbirləri olan televiziya və agentlikləri - SİYAHI
- 14-04-2017 11:25 Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..." - FOTO
- 11-04-2017 15:10 Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA
- 04-04-2017 15:41 Bəzi ölkələrdə qadağan edilən içkilər Azərbaycanda niyə satılır?
- 30-03-2017 14:50 Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
- 28-03-2017 13:38 "Azəriqaz" barədə daha bir bibaırçılıq: milyonlar havaya necə uçurulub
- 27-03-2017 12:09 Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
- 16-03-2017 09:14 Faciənin baş verdiyi evin sahibi: "Qaz xətti də bağlı idi"
- 13-03-2017 14:20 Kəndlilərə bildiriş gəlib: Torpağı ək, yoxsa…
- 01-03-2017 14:46 Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO
- 18-02-2017 13:03 Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
- 15-02-2017 14:51 Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir? ARAŞDIRMA
- 13-02-2017 14:22 Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?
- 10-02-2017 11:16 İnternet zaman anlayışını dəyişir
- 10-02-2017 10:31 Yerli quş əti bahalaşır, səbəb...
- 10-02-2017 10:07 Bakıda kürünün kiloqramı 1500 dollardır
- 08-02-2017 09:30 1000 manat ver, Azərbaycan vətəndaşı ol, amma...
- 07-02-2017 10:39 Böhranda cibinizə münasib yemək hazırlamağın qaydası
- 03-02-2017 13:06 4000 nəfərin həyatına son qoyan TARİXİN ƏN ÖLÜMCÜL ÇOVĞUNU - FOTO
- 01-02-2017 12:27 Bakıda toy böhranı – bəzi şadlıq sarayları bağlana bilər
- 27-01-2017 22:09 Məcburi köçkünlər Hadı Rəcəblini yataqxanaya dəvət etdilər - FOTO
- 27-01-2017 10:43 Sovetin ilk mobil telefonu – LK-1 FOTO-VİDEO

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 16:52
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]