Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Tovuz rayonunun "Əmirli eli" adlanan bölgəsində qədimdən qalan qeyri-adi adət bu gün də yaşayır. Rayonun Qaraxanlı, Əlimərdanlı, Cilovdarlı, Xatınlı kəndlərində sakinlər yaşadıqları evlərin ətrafına qoç buynuzu, çaydan, vaza, bakal, nal və digər əşyalar qoyur və bu üsulla evlərinin qorunduğuna inanırlar. Onların fikrincə, bu əşyalar onların evlərini bəd nəzərdən, xain gözdən qoruyur.
Tovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlar
Rəvayətə görə, insanlar keçmiş zamanlarda evin ətrafına qoyulan hər hansı bir əşya ilə ailə üzvləri barədə məlumat verirlərmiş. Belə ki, girişində qoç buynuzu asılan evdə kənd ağsaqqalının yaşadığı bildirilərmiş. Evin hasarına qoyulan çaydan isə həmin evdə subay qızın varlığına işarə edirmiş. Lakin zaman keçdikcə bu işarələr hamısı bir mənada – nəzər qaytarmaq anlamında formalaşıb.
Qaraxanlı kəndinin yaşlı sakinlərindən olan Münəvvər nənə keçmişdə yuxarıda sadaladıqlarımızdan əlavə evlərin qarşısından tısbağa çanağı, müxtəlif vəhşi heyvanların kəllə skeletləri, hətta qurbağa asanların da olduğunu deyir. O, bütün bunları evə gələn qada-balanın, bəd nəzərin həmin əşyalar tərəfindən dəf edilməsi inancıyla əlaqələndirir.
Sakinlərin bildirdiklərinə görə, divarların üzərinə qoyulan əşyalar sınıq, yararsız və ağır olmalıdır ki, külək və ya digər vasitələr onu yerindən tərpədə bilməsin. İnanca görə, pis niyyətlə həmin evə baxan şəxs yararsız əşyan görən zaman ev sahibi ziyandan uzaq olar.(sputnik)
24-02-2018 14:55 Tovuzda yanaraq ölən ər-arvad qətlə yetirilibmiş - YENİLƏNİB
30-11-2017 10:27 Tovuzda kişi qardaşını döyüb komaya salıb
14-09-2017 10:37 Tovuzda kütləvi dava: narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb
26-08-2017 12:23 Tovuzda iki uşağı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub
17-08-2017 19:25 Başı üzərindən Gürcüstan turizminə milyonlar axan rayonun turizm məkanı - FOTO
16-08-2017 14:31 İçməli su çatışmazlığı, bərbad yollar, metalloma çevrilmiş dəmiryol vağzalı -
- 23-04-2018 20:57 Dolların sabaha olan məzənnəsi
- 23-04-2018 15:35 Azərbaycanda hər iki həyətdən birində traktor olan kənd hansıdır? - FOTO
- 23-04-2018 14:28 Bakıda qanunsuz silah-sursat AŞKARLANDI
- 23-04-2018 14:22 Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 23-04-2018 14:08 Ziya Məmmədov və Misir Mərdanovdan AÇIQLAMA
- 23-04-2018 12:54 MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb
- 23-04-2018 12:25 Formula 1 komandaları artıq Bakıdadır
- 23-04-2018 12:16 70 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı
- 23-04-2018 11:54 Energetika Nazirliyində yeni təyinat olub
- 23-04-2018 11:50 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
- 23-04-2018 11:06 ETSN: Hazırda nazir vəzifəsini Hüseyn Bağırov icra edir
- 23-04-2018 10:47 Xəzərdə itkin düşən gənclərin axtarışına helikopter cəlb edildi
- 23-04-2018 10:34 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib
- 23-04-2018 10:29 Hüseyn Abdullayevin Bakıya gətirilmə anı - VİDEO
- 23-04-2018 10:13 Səhiyyə Nazirliyi: Hazırda nazir vəzifəsini icra edir
- 23-04-2018 10:05 Marşrut avtobuslarının hərəkət sxemi dəyişdi
- 23-04-2018 09:49 Rövşən Rzayev deputat mandatından məhrum ediləcək
- 23-04-2018 09:45 Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır
- 23-04-2018 09:33 "Quska" saxlanılaraq Azərbaycana gətirildi
- 23-04-2018 09:05 "Atena" şirkətinin işdən çıxarılan 250-dən çox işçisi etiraz aksiyası keçirib - FOTO
- 23-04-2018 08:51 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bu istiqamətdə hərəkət etməyin!
- 22-04-2018 18:15 Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub
- 22-04-2018 15:58 Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq
- 22-04-2018 12:25 Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb
- 22-04-2018 11:03 Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
23-04-2018 21:28
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]