Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
16:18
Tofiq Yaqublu: İsa Qəmbər və Arif Hacılı eyni düşüncənin daşıyıcılarıdır
Yadigar Sadıqlı: Arif Hacılı başqan olmağı bacarmadı

Bu gün Müsavat Partiyasında başqanlığa namizədlərin debatında namizədlər, partiyanın hazırkı başqanı Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı hansı səbəbdən məhz onlara səs verilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Arif Hacılı bildirib ki, uzun illər hərəkatda olub, siyasi fəaliyyəti müsavatçılara yaxşı məlumdur: "Müsavat Partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, seçkilərə qatılıb. Mənim başqanlığım dövründə də partiya kifayət qədər aktiv olub".  

Partiyada fərqli fikirlərə yer verilmədiyi barədə iddialara münasibət bildirən A. Hacılı Müsavatda fikir ayrılığına kifayət qədər əməl olunduğunu deyib: "Müsavat Partiyasında plüralizmə kifayət qədər əməl olunub. Partiya başqanını açıq tənqid etmək məhz bu plüralizmin göstəricisidir".

Müsavatı növbəti istefa dalğası gözləyir - SƏBƏB

Tofiq Yaqublu isə deyib ki, 1992-ci ildən bu yana İsa Qəmbər və Arif Hacılı eyni düşüncənin daşıyıcılarıdır: "Ona görə də partiya başqanın dəyişməsinə ehtiyac var. Mən partiyanın problemlərini ancaq daxildə söyləmişəm. Buna görə məni ittiham edənlər də olub”.

Yadigar Sadıqlı isə bildirib ki, Müsavat Partiyası müxalifət cəbhəsində lider mövqeyini itirmək üzrədir: "Bu gün Müsavat Partiyası ictimaiyyətdə özünə olan marağı itirib. Hesab edirəm ki, Arif Hacılı başqan olmağı bacarmadı. Dəyişikliyə ehtiyac var. Partiyada gənclərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Əvvəllər partiyanın Gənclər Təşkilatının üzvlərinin sayı digər partiyaların üzvlərindən çox idi. Hesab edirəm ki, vəziyyətin bu hala gəlməsi partiya başqanın şəxsi keyfiyyətlərindən irəli gəlir. Bir faktı deyim ki, bu ilin fevralında başqan olmaq niyyətimi açıqladıqdan sonra mənə qarşı öz partiya yoldaşlarım tərəfindən yol verilən hərəkətlər məni çox ağrıtdı. Təbii ki, bu məsələdə partiyanın hazırkı başqanının da rolu az deyildi"./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42568

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40945

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42475

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41967

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47487

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41929

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42326
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 15:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru