Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

18 Fevral

2017
20:55
1109
Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub

“Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub”.

Bunu Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Mərkəzinin direktoru Fuad Novruzov deyib.

Onun sözlərinə görə, ötən ildən fəaliyyətə başlayan Nüvə Təbabəti Mərkəzində prostat xərçəngi, neyroendokrin, kardioloji problemi olan xəstələrin müalicəsi yaxşılaşdırılıb və uyğun müalicə tədbirləri görülüb.

F.Novruzov bildirib ki, çox nadir rast gəlinən neyroendokrin törəmələr qeyri-spesifik və qarışıq simptomatikaya malik olduğundan onun diaqnostikası və müalicəsi yanlış nəticələrə səbəb olur: “Nadir rast gəlinən xəstəliklərin erkən diaqnozunun qoyulması və müalicə tədbirlərinin görülməsi üçün birgə qərarların verilməsi, əhalinin maarifləndirilməsi işləri görülür”. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru