Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Mart

2017
16:21
6472
Təmayül siniflərin müəllimləri hansı qaydada əmək haqqı alacaq? - RƏSMİ CAVAB

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı “Dövlət  ümumi təhsil müəssisələrində  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil  olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə  saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru