Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
12:57
528
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu avqustun 15-dək davam edəcək

İyulun 14-də Təhsil Nazirliyində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılmasına dair mətbuat konfransı keçirilib.

FaktXəbər-in məlumatına görə, konfransda ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsinin elektron qaydada aparılacağı bildirilib. Qeyd olunub ki, iyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılacaq. Sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir: “Qeyd etməliyəm ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb”, - deyə sektor müdiri bildirib.

Məqalədə : Cəsarət Valehov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru