Tarix:10-03-2017 11:34
Tələbələrin ölüm səbəbini hər birimiz görürük - VİDEO
Şərh yaz
Dünən Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi. Və 5 gəncimiz həyatını itirdi. 
 
Hamı dünəndən günahkarı axtarır. Amma axtarmağa ehtiyac yoxdur. Günahkarlar daim göz önündədir və biz o günahkarlara qarşı ictimai qınaq yarada bilməmişik. Səbəb isə çox sadədir: Birdən kiminsə çörəyinə, qazancına bais olarıq. Tüpürəsən belə qazancın içinə ki, kiminsə qanı ilə qazanırsan.
 
5 ilə yaxındır Bakı-Sumqayıt və ya Sumqayıt-Bakı istiqamətində qəzaların, onu yaradanların və necə yaranmasının şahidi oluram.
 
Əvvəla ondan başlayaq ki, baş verən qəzalarda avtomobillərin ön işıqlarının düzgün quraşdırılmaması, ksenon lampalar və ya kiminsə uzaqvuran işıqla maşın sürmək istəyi böyük təhlükələr yaradır. Qarşıdan gələn maşının güclü işığından əziyyət çəkən sürücülər ya qarşısındakı piyadanı görmür, ya da özünü kiməsə çırpır. Günahkar isə əks yolla hərəkətinə davam edir. Səbəb isə sadədir: Cəzasızlıq!
 
İkinci səbəb budur ki, qəza baş verən yoldakı sürət həddi tələblərə cavab vermir. Sumqayıt -Bakı istiqamətində “Abşeron Gənclər Şəhərciyi”nə kimi, əks istiqamətdə isə  “Abşeron Gənclər Şəhərciyi”ndən Sumqayıta kimi 110 km/saat qoyulub. Nəzərə alsaq ki, +10 km/saat sürətə də cərimə düşmür, demək avtomobillər 120 km/saat sürətlə şütüyürlər. Amma o yol ən yaxşı halda 90 km/saat sürətə cavab verir. Çünki yoldakı dalğalanmalar istənilən vaxt idarəetmənin itirilməsinə səbəb olur.
 
Üçüncüsü, səhər Bakıya, axşam isə Sumqayıta tərəf hərəkət edən və bütün növ yol hərəkət qaydalarını ayaq altına atıb tapdalayan sürücülərdir. Kimdənsə eşitdiyim yox, şəxsən özümün müşahidə etdiklərimi qeyd edəcəyəm. Təsəvvür edin, Xırdalan qəbiristanlığından Bakı istiqamətinə yolda hərəkət sürəti 80 km/saat-dır. Bu sürətdən 5 km/saat artıqla da sol zolaqla hərəkət edirsən. Və bu zaman sərnişin daşıyan “Ford” və ya “Mercedes” markalı avtobus arxadan sənə siqnal və uzaqvuran işıqla yol verməsini istəyir. Ona yol vermək üçün sadəcə 1 variant var, o da maşını sağ zolağa çıxarmaq. Hansı ki, magistral yol olmadığı üçün elə bu sürətlə də hərəkətini davam etdirə bilərsən, amma arxadan gələn “qəhrəman” bunu başa düşmür və israrla yol istəyir. O yoldan istifadə edənlər bilirlər ki, sağ zolaq hər zaman boş olmur və arxadan gələn yaxşı oğlana yol vermək üçün hökmən sürəti artırıb qaydanı pozmalısan. Yox əgər bunu da etməsən və “cəhənnəmə işarə eləsin, ona görə qaydaları pozan deyiləm ki, canı çıxsın, gözləsin sağ zolaq boş olanda çıxaram” kimi fikrə düşsən, həmin “qəhrəman” onlar üçün adət halını almış yola əl atacaq: qəfildən qaz verərək sağında hərəkət edən maşını sıxışdıracaq və sağdan sənin qarşına keçib əyləci basacaq. Sonra da güllə kimi sürüb daxil olacaq Xırdalan dairəsindəki tunelə. Daha sonra sürətini endirəcək və quzu balası kimi DYP postunu keçəcək. Amma onun yoldakı bu hoqqalarını DYP postunun qara şüşələri arxasındakı monitor qarşısında əyləşmiş məsul şəxslər görməyəcəklər. Nəticədə isə 5 nəfər Azərbaycan gənci dünyasını dəyişəcək. Səbəb isə sadədir: Cəzasızlıq!
 
Dördüncüsü isə yenə “qəhrəman” oğlanlara aiddir. “Azercell”in baş ofisi qarşısındakı yolda radar quraşdırılıb. Böyük ehtimalla işləmir. (Çünki bir dəfə tanıdığım taksi sürücüsü həmin ərazidə sürət həddini aşmışdı və sonradan öyrəndim ki, heç bir cərimə gəlməyib.) İşlədiyini güman edənlər Bakıdan Sumqayıt istiqamətinə həmin radarın əhatə dairəsindən asta sürətlə keçirlər. Radarı keçdikdən sonra isə sürət həddi avtomatik 60-dan 80-90 km/saat-a kimi qalxır. Əgər birdən kimsə səhv edib Şamanxinkadakı tuneldə 60 km/saat sürətlə hərəkət edərsə, onun yeyib-içdiyini burnundan gətirəcəklər, ya o qaranlıq tuneldə uzaqvuran işığı yandırıb gözünü çıxaracaqlar, ya da elə tuneldəcə sürət həddini 90-na qaldırıb, ötməni qadağan edən xətti tapdalayaraq sağdan sənin qarşına keçəcəklər. Halbuki, avtovağzalın qarşısına kimi həmin yolda sürət 60 km/saat-dır. İş bununla da bitmir. Məhz həmin sürücülər getdikləri yolda daim ötmə əməliyyatlarını sağdan edərək, böyük təhlükə yaradırlar. Səbəb isə sadədir: Cəzasızlıq!
 
Maraqlıdır, bütün bunları mən neçə ildir görürəm, amma DYP əməkdaşları görmür? “Avtsotop” verilişinin aparıcısı Tural Yusifovun maraqlı bir sözü yadıma düşdü. Deyirdi ki, “küçələrdə DYP əməkdaşlarının qaydaları pozan sürücüləri güdməsinə ehtiyac yoxdur. Ofisdə monitor arxasında oturub, bir əlində çay, digər əlində isə kompüterin siçanı olmaqla gün ərzində minlərlə sürücüyə sadəcə dönmə işığını yandırmadığı üçün cərimə yazmaq oalr.”
 
Bu fikirlə tam razıyam. Doğrudan da, sadəcə monitor arxasından təhlükəsizlik kameralarını izləməklə Bakı-Sumqayıt yolunda “qəhrəman”lıq edən sürücülərin gündə birini sərt şəkildə - sürücülük hüququndan məhrumetmə ilə cəzalandırsalar idi, indi o 5 tələbənin anası ağlamazdı.
 
5 tələbənin ölümünə səbəb olan sürücü icbari sığortasız maşın idarə edirmiş və 1 il ərzində də 24 dəfə cərimələnibmiş. Maraqlıdır, bu necə olur? Gün ərzində ən azından 2 dəfə DYP postunu keçən, ən azından 2 dəfə də 20 Yanvar dairəsində 12 yaşlı uşağı zorla uşaq kreslosuna otuzdurmaq istəyən DYP əməkdaşları ilə rastlaşan və bir neçə dəfə də ağıllı kameralara tuş gələn mikroavtobusda 26 nəfər daşıyan şəxs necə sürücülük edirmiş?
 
Buna bənzər hadisə öz başıma da gəlib. Əsas yolda hərəkətdə olarkən qəfildən məhəlləarası yoldan qarşıma çıxıb qəza törədən 90 ZL 390 dövlət nömrə nişanlı avtomobilin icbari sığortasız, 1000 AZN-ə yaxın cərimə və maşının üzərində həbslə şəhərdə necə hərəkət etməsini Bakı şəhər Yol Polis İdarəsinə sual etdim və belə bir cavab eşitdim: Qəza ilə bağlı iş məhkəmədədir və bu sualı siz məhkəmədə hakimə verərsiniz.
 
Bütün ölüm hadisələrinin kökündə də məhz belə cavablar durur. Qəza törədənlər də belə cavabları verənlərin kölgəsinə sığınaraq, öz bildiklərini edirlər. Amma unutduqları bir şey var: hər il işlərində yol verdikləri səhlənkarlığa və məsuliyyətsizliyə görə orqanlardan onlarla işçi qovulur.
 
Sonda bir məsələni də vurğulayım. Dünən hər kəs sual edirdi ki, 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı qəzadakı mikroavtobusa bu qədər adam necə yerləşib. Aşağıda təqdim etdiyim video Bakıdan Sumqayıta tələbə daşıyan daha bir mikroavtobus barədədir. Düşənlərin 30 nəfərini mən saydım, qalanlarını sizin öhdənizə buraxıram.
 
Aqil Mehdi
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Tələbələrin - ölüm - səbəbini - hər - birimiz - görürük - - - VİDEO -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:10-03-2017 11:34 - Oxundu: 2771
Analiz
14-03-2017 14:11 Mən ləzgiyəm, mən talışam, mən rusam...
11-03-2017 10:58 Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat necə olacaq? - REAKSİYALAR
10-03-2017 11:34 Tələbələrin ölüm səbəbini hər birimiz görürük - VİDEO
03-03-2017 16:47 Azərbaycan qadınını yerdən yerə vuran rejissorlara
25-02-2017 13:44 Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
23-02-2017 11:38 Trampın “Fələstin dövləti modeli” dünyanı təəccübləndirmir
23-02-2017 10:11 Birinci devalvasiyadan ötən 2 ildə nələr itirdik, nələr qazandıq...
22-02-2017 12:33 Hədəf Putinin "Siloviklər"idirmi? - ANALİZ
14-02-2017 15:32 Siyasi quduzluq diaqnozu
14-02-2017 10:57 Sevginizi çərçivəyə salmayın, kitablarınızı isə paylaşın
01-02-2017 16:34 ABŞ əvvəlcə bombaladı, sonra qadağan etdi - ANALİZ
26-01-2017 15:15 İntihar – psixologiya, yoxsa düzgün tərbiyə
19-01-2017 09:43 Qazın qiymətinin yenidən artacağının anonsu verildi
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az