Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

27 Dekabr

2016
13:41
4247
Tələbə qəbulu qaydalarında DƏYİŞİKLİK

Azərbaycanda ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla əlaqədar “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.

Bu dəyişikliklərə əsasən, rezidenturaya, magistraturaya və bakalavriat səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Indiyədək isə tələbə qəbulları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( rezidentura səviyyəsi üzrə isə Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilirdi.

Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. (Trend)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : tələbə qəbulu qayda 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com