Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi ilə gənc Azərbaycan rəssamı Elnur Camalovun rəsm əsərlərinin sərgisi açılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva rəssam və onun yaradıcılığı haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib.
O, son illər Mədəniyyət Muzeyində Gürcüstanda yaşayan və Azərbaycandan gələn istedadlı rəssamların sərgilərinin keçirildiyini bildirib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov isə gənc rəssamın fəaliyyətini bəyəndiyini bildirib: “Son illər Azərbaycanda gənclərin rəsm yaradıcılığı inkişaf edir. Onlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Bu gün Tiflisdə sərgisi keçirilən 13 yaşlı Elnur Camalovun M. F. Axundov adına Mədəniyyət Muzeyində sərgisinin təşkil edilməsi tarixi hadisədir. Gənc rəssamın dəfələrlə xaricdə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərləri sərgilənib. Onun əsərlərində multikulturalizm və tolerantlıq işartıları var. Gənc rəssam Elnur Camalovun rəssamlıq sənətində parlaq gələcəyi olacaq. Ona daha böyük uğur arzulayıram”.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Georgi Qeqeçkori, Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin sədri Quram Tsertsvadze və başqaları çıxış ediblər.
Q. Tsertsvadze 13 yaşlı rəssamı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.
Gənc rəssam Elnur Camalov APA-ya açıqlamasında 4 yaşından rəssamlıqla məşğul olduğunu bildirib: “Xırdalandakı Zirvə liseyində təhsil alıram. 50-yə yaxın rəsm əsərlərim var. Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Fransada və İspaniyada sərgilərim keçirilib və III yerə layiq görülərək müxtəlif mükafat və diplomlar almışam. Hazırda Xalq rəssamı Ağəli İbrahimovun məsləhəti ilə rəsm əsərləri çəkirəm”.
Tədbirdə rəssamın 25 rəsm əsəri sərgilənib.
Sərgi üç gün davam edəcək.
- 08-12-2017 09:45 Kitabxanada Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
- 14-08-2017 21:33 Prezident mədəniyyət sahəsinin inkişafına 6,9 milyon manat ayırıb
- 27-04-2017 09:57 Ukrayna Hollivud ulduzunu "qara siyahı"ya salıb
- 24-04-2017 14:18 Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO
- 20-04-2017 10:21 "Kurtlar Vadisi Vatan"ın çəkilişindən ilk FOTOLAR
- 18-04-2017 15:36 Bakıda "Mübariz" filminin tizeri mətbuata təqdim edilib - FOTO
- 13-04-2017 09:59 Silvestr Stallone "Warner Brothers"i məhkəməyə verib
- 10-04-2017 11:05 Polad Ələmdar geri qayıdır: "Kurtlar Vadisi Pusu"nun çəkilişləri başladı
- 07-04-2017 09:35 Cəmi 2 həftə əvvəl işıq üzü görən kitab bestseller oldu - FOTO
- 06-04-2017 20:39 Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb - FOTO
- 30-03-2017 14:29 Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib
- 30-03-2017 11:48 “Nu poqodi”nin bu seriyasını demək olar heç kim görməyib - VİDEO
- 29-03-2017 11:07 Rusiyada Mədəniyyət Nazirliyin departament rəhbəri həbs edildi
- 28-03-2017 14:47 Nazir: "Bəzi kitabxanalar bağlanacaq"
- 28-03-2017 14:16 Azərbaycan iranlı musiqiçinin Qarabağdakı konsertinə etiraz etdi
- 22-03-2017 09:32 "Ermənistan barədə dedim ki,.." - Sami Yusif Bakıda
- 15-03-2017 15:55 “Qələm” yazarlar birliyinin təqdimatı keçirilib
- 14-03-2017 11:35 İtaliyada "dəlisov" sərgidə ilk dəfə Hitlerin əsəri təqdim olundu - FOTO
- 14-03-2017 11:11 Balacalar "Çərşənbələr" adlı tədbirdə - FOTO
- 14-03-2017 10:57 Bestseller kitablar müəllifi Rövşən Abdullaoğlundan YENİ psixoloji roman
- 14-03-2017 09:03 Azərbaycanda Novruzun sonuncu - “İlaxır çərşənbə”si qeyd olunur
- 07-03-2017 09:12 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
- 03-03-2017 12:09 "Uolt Disney" homoseksuallığın təbliğinə "qapını açdı" - VİDEO
- 03-03-2017 10:35 İran yeni animasiya filmi ilə ABŞ-a cavab verib - VİDEO
- 02-03-2017 15:03 Alimlər: Kanada dünyanın ən qədim yaşayış məskənidir

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
22-04-2018 14:17
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]