Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Avqust

2017
13:21
1229
Təhsil Nazirliyi narazılara cavab verdi

"Azəbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurrikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib", - deyə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

FaktXəbər-in məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında əlavə edib ki, yeni sistemlə - kurikulumla tədrisə başlayan şagirdlər bu il X sinifdə oxuyacaqlar və onlar üçün dərsliklərinin hazırlanmasına tender bir il öncədən keçirilib: "Ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib. Həmin dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib. Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirələrə təqdim edilib".

C.Bayramovun sözlərinə görə, dərslik hazırlanması kifayət qədər mürəkkəb və çox mərhələli proses olduğu üçün nazirlik bu prosesin ictimaiyyətə açıq olması, bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün əlindən gələni edir: "Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın ilk iclası keçirilib. Payız aylarında şuranın növbəti iclası olacaq. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar təmsil olunaraq öz fikirlərini söyləyəcəklər".

Məqalədə : Ceyhun Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru