Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
11:11
Təhsil Nazirliyi direktor tələb olunan rayonların adlarını AÇIQLADI

Təhsil Nazirliyi ölkə üzrə ən çox vakant orta məktəb direktoru vəzifəsinin hansı ərazilərdə olduğunu açıqlayıb. FaktXeber.com-un AzEdu-ya istinadla verdiyi məlumata görə, Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib ki, bu il keçirilən direktorların işə qəbulu müsabiqəsinə ümumilikdə 604 vakant yer təqdim edilib.

Ölkə üzrə ən çox vakant direktor yerləri 35 yer olmaqla, Cəlilabad rayonu üzrədir. Bu sıralamada daha sonra Goranboy, Quba, Lerik yer alır.

Ən az direktor vəzifəsi vakansiyası isə 1 yer olmaqla, Xızı rayonundadır.

Bakı şəhəri üzrə 11, Sumqayıt şəhəri üzrə 10, Abşeron rayonu üzrə 4, Gəncə rayonu üzrə isə 2 vakant yer elan edilib.

M.Camalzadə hesab edir ki, 604 vakant yerin hamısının bu müsabiqədə tutulacağı gözlənilmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : direktor 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com