Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 May

2017
13:07
4175
Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır

"Bu il kifayət qədər, yəni 6000-dən çox vakant müəllim yerləri olacaq".

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə də şans veriləcək: "Diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün şans veriləcək. Lakin bununla yanaşı qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol görünmür. İstəyirik ki, təhsil mühiti yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun".

C.Valehov əlavə edib ki, zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır.

Müəllimlərin yerdəyişmə prosesi 26 may – 15 iyun tarixlərində təşkil ediləcək.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : Təhsil Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru