Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

27 Dekabr

2016
21:28
431
Təhsil Nazirliyimiz Gürcüstandakı məktəblərə dərslik göndərib - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblər üçün dərsliklər göndərilib.

 

Dərsliklərin təhvil verilməsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Kamil Həbibzadə və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva iştirak edib. 

 

S. Ağayeva dərsliklərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulduğunu bildirib: “Bu, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan dövlətinin soydaşlarımıza göndərdiyi hədiyyədir. Son üç ildə Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 56,915 ədəd təşkil edən “Azərbaycan dili”, “Ədəbiyyat” dərslikləri və müəllimlər üçün nəzərdə tutulan metodik vəsaitlər səfirlik vasitəsilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təhvil verilib”. 

 

K. Həbibzadə isə Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər gətirdiklərini, Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim etdiklərini bildirib. 

 

Qeyd edək ki, dərsliklər Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün nəzərdə tutulub. Yaxın günlərdə bütün dərsliklər siyahı üzrə azərbaycandilli məktəblərə paylanacaq. (APA)

azerbaycan tehsil nazirliyi gurcustandaki azerbaycandilli mekteblere derslik gonderib

azerbaycan tehsil nazirliyi gurcustandaki azerbaycandilli mekteblere derslik gonderib

azerbaycan tehsil nazirliyi gurcustandaki azerbaycandilli mekteblere derslik gonderib

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com