Tarix:02-03-2017 14:07
Təhsil müəssisələrində baş verən qanunsuzluqlar açıqlanıb
Şərh yaz
Təhsil müəssisələrində nəticə yönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakıdakı 22 nömrəli tam orta məktəbdə qanunsuzluq halı aşkarlanıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin direktor müavini Cavad Səfərov direktor səlahiyyətlərini müvəqqəti icra edən zaman 2015-2016-cı tədris ilində rəsmi qeydiyyata alınmadan qanunsuz olaraq 15 nəfər şagirddən ibarət ödənişli məktəbəhazırlıq qrupu yaradıb. Belə ki, bu məktəb Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinə əlavə edilmiş ödənişli pilot məktəbəhazırlıq qruplarının təşkil olunduğu ümumtəhsil məktəblərinin siyahısına daxil edilməyib.
 
Eyni zamanda valideynlər tərəfindən ödənilən 3960 manat vəsait dövlət büdcəsinə keçirilməyib. Cavad Səfərov valideynləri 6 yaşı tamam olmayan uşaqlarının bu kursu bitirdikdən sonra müsabiqəsiz 1-ci sinfə qəbul olunacaqları ilə də aldadıb.
 
Göstərilənlərlə əlaqədar Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavad Səfərov vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilib. C.Səfərovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
 
 
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərindən isə bildirilib ki, yerli təhsili idarəetmə qurumlarında və təhsil müəssisələrində vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməyən şəxslərlə bağlı tədbirlər görülüb.
 
Şəmkir rayonu Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləmiş Elnarə İsmayılova nazirliyə müraciət edərək cari tədris ilində işdən azad edildiyini bildirib.
 
Şəmkir Rayon Təhsil Şöbəsi E.İsmayılovanın həmin məktəbdə müddətli müqavilə ilə işlədiyini və cari tədris ilində ehtiyac olmadığından onunla müqavilə bağlanmadığını açıqlayıb. Eyni zamanda həmin məktəbdə ingilis dili fənni üzrə 26 saat dərs yükünün 2 nəfər müəllim tərəfindən tədris olunduğu bildirilib.
 
Araşdırma zamanı Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə ümumi dərs yükünün 26 saat deyil, 51 saat olduğu məlum olub. Həmçinin məktəbin ingilis dili müəllimi Vüsalə İsmayılovaya Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilən təhsil haqqında sənədin dövlət nümunəli olmadığı aşkarlanıb.
 
Qeyd olunanlarla bağlı Şəmkir Rayon Təhsil Şöbəsinin  məsləhətçisi Elşən Qasımova və kargüzar Sitarə Xəlilovaya töhmət verilib.
  
Elnarə İsmayılova müəllimlərin işə qəbulu üzrə imtahanda 47,2104 bal topladığı və ingilis dili fənni üzrə dərs yükü olduğu üçün Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə müddətsiz müqavilə ilə işə qəbul edilib.
 
Ötən və bu tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş müsabiqəyə əsasən Kürdəmir rayonunun ümumtəhsil məktəblərində işə qəbul olunmuş müəllimlərin (onların çoxuna həvəsləndirmə tədbirləri (H1,H2) tətbiq olunub) dərsə davamiyyəti vəziyyəti yoxlanılıb. 10 ümumtəhsil məktəbində 34 müəllimin dərsə davamiyyəti vəziyyətinin araşdırılması zamanı rayonun Ərəbqubalı kənd İ.Məmmədov adına tam orta məktəbində 2, Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində 1, Çərtəyəz kənd ümumi orta məktəbində 1 müəllimin işdə olmadığı aşkarlanıb. Buna baxmayaraq, Ərəbqubalı kənd tam orta məktəbinin müəllimləri Dilbər Həmidzadə və Asiyət Xəlilovanın ötən ilin sentyabr-noyabr aylarında işə gəlməməsinə şərait yaradan məktəbin direktor əvəzi iş vaxtının uçotu tabelinə onların işdə olması barədə saxta məlumatlar daxil edib.
 
Eyni zamanda Sığırlı kənd tam orta məktəbinin müəllimi Gülöyşə Bədəlovanın 2 ay müddətində dərs keçməməsinə və sinif jurnallarında qeydlər aparmamasına, Çərtəyəz kənd ümumi orta məktəbinin müəllimi Rəna Əliyevanın 1 ay 15 gün dərsə gəlməməsinə baxmayaraq, məktəb rəhbərliyi tərəfindən onların işdə olmamasının səbəbləri araşdırılmadan qanunsuz əməkhaqqının ödənilməsinə şərait yaradılıb.
 
Kürdəmir Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyətinə zəif nəzarəti nəticəsində ciddi nöqsanlara yol verildiyinə görə şöbənin müdiri vəzifəsinin Mətləb Allahverdiyevə həvalə edilməsi barədə əmr ləğv edilib. Metodist Əsgər Hüseynov isə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə intizam məsuliyyətinə cəlb olunub.
 
Həmçinin yuxarıda adları qeyd olunan məktəblərdə direktor vəzifəsi həvalə olunan Mütəllim Mütəllimov, Firəngiz Həşimova və Rəmzi Ağayev barədə əmrlər ləğv olunub. Direktor müavinləri Aqşin Qədiyev, Minarə Ağayeva və müəllimlər Gülöyşə Bədəlova, Rəna Əliyeva, Dilbər Həmidzadə və Asiyət Xəlilova tutduqları vəzifədən azad ediliblər.
 
Quba rayonunun 7 ümumtəhsil məktəbində də mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuş 11 müəllimin işə davamiyyəti yoxlanılıb. Bu rayonda da yeni işə qəbul olunmuş müəllimlərin  əksəriyyətinə həvəsləndirmə tədbirləri (H1, H2) tətbiq olunub.
 
Yoxlama zamanı Çiçi kənd tam orta məktəbində 2016-cı ildə işə qəbul olunmuş müəllim Aynur Abbasovanın işə gəlmədiyi və direktor Həvva Süleymanovanın iş vaxtının uçotu tabelinə A.Abbasovanin işdə olması barədə saxta məlumatlar daxil etdiyi aşkarlanıb.
 
Quba Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümova və aparıcı məsləhətçi Cahangir Abdullayevə rayonun ümumtəhsil məktəblərinə zəif nəzarət edərək vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə  töhmət verilib.
 
Məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verərək işçinin işdən yayınmasına şərait yaratdığına və rəsmi sənədlərə yalan məlumatlar daxil etdiyinə görə Çiçi kənd tam orta məktəbin direktoru Həvva Süleymanova ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.
 
Təhsil Nazirliyi bundan sonra da işində nöqsanlara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyin tələblərinə əsasən tədbirlər görüləcəyini və müraciətlərin araşdırılması nəticəsində aşkarlanan faktlar barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağını bildirir.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Təhsil - müəssisələrində - baş - verən - qanunsuzluqlar - açıqlanıb -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:02-03-2017 14:07 - Oxundu: 1000
Təhsil
23-03-2017 12:42 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
23-03-2017 12:00 Tələbələrin transferi elektronlaşdırılıb
22-03-2017 10:58 Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI açıqlandı
21-03-2017 13:52 Sınaq imtahanlarının tarixləri AÇIQLANDI
18-03-2017 21:25 Bakalavr səviyyəsinə qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək
18-03-2017 20:25 DİM MDU-nun Bakı filialına qəbul olmaq istəyənlərə müraciət edib
18-03-2017 12:40 Məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları açıqlanıb
18-03-2017 11:46 Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb
18-03-2017 10:42 Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
17-03-2017 12:05 Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb
16-03-2017 22:01 Elektron sistem vasitəsilə I sinfə 9334 nəfər valideyn sorğu yerləşdirib
16-03-2017 20:59 Sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyənləşib
16-03-2017 15:04 Tələbələrin təqaüdləri niyə gecikdirilir? - RƏSMİ
16-03-2017 14:47 Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb
16-03-2017 14:31 Ali məktəblər yenidən strukturlaşdırıla bilər
16-03-2017 12:33 Azərbaycanda 1000-dən çox müəllimin diplomu saxta çıxdı
16-03-2017 12:30 Mikayıl Cabbarov əmr imzaladı
15-03-2017 16:21 Təmayül siniflərin müəllimləri hansı qaydada əmək haqqı alacaq? - RƏSMİ CAVAB
15-03-2017 10:33 Nazir: Ermənilər Azərbaycanın 700-ə qədər təhsil ocağını dağıdıb
14-03-2017 20:39 Kolleclərə tələbə qəbulu elan edilib
14-03-2017 14:02 Peşə məktəblərində oxuyanların imtahanlarının nəticələri açıqlanıb
14-03-2017 10:34 Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib
14-03-2017 10:33 Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır
13-03-2017 20:35 9-cuların buraxılış imtahanındakı qayda pozuntuları AÇIQLANDI
13-03-2017 16:32 Bakı məktəblərində təmayüllərin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlanıb
13-03-2017 10:32 Məleykə Abbaszadə: Bizə bu yolla heç kim təsir göstərə bilməz
13-03-2017 10:23 Məktəblərdə "İslam Həmrəyliyi ili"nə həsr olunmuş mühazirələr keçirilir
10-03-2017 13:39 Ali məktəb imtahanlarına hazırlaşanlara 12 QIZIL MƏSLƏHƏT
10-03-2017 11:54 "Buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir" - RƏSMİ
10-03-2017 09:19 Azərbaycanda magistraturaya qəbul elan edilib
09-03-2017 13:19 Martın 12-də 33 rayonda buraxılış imtahanı keçiriləcək
09-03-2017 10:57 DİM imtahan pullarından - 15 milyon qazanacaq
07-03-2017 15:00 Azərbaycanda bu il sınaq imtahanlarının sayı azaldılacaq
07-03-2017 14:44 "TŞ-nın imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir"
07-03-2017 14:09 "Magistraturaya keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq"
07-03-2017 11:57 İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək
07-03-2017 10:52 2 ildən sonra 11-ci sinif üzrə buraxılış imtahanı fərqli olacaq - RƏSMİ
06-03-2017 20:24 Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI
06-03-2017 12:47 Təhsil Nazirliyi yanında Daimi şuralar yaradılıb
06-03-2017 10:49 Fənn müsabiqələri keçirilib
06-03-2017 09:25 İmtahanlarda dəyişiklik edildi
04-03-2017 21:55 Sabah 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək - VİDEO
03-03-2017 22:11 DİM: Həmin şagirdlərin nəticələri ləğv ediləcək
02-03-2017 16:44 Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib
02-03-2017 14:46 Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ
02-03-2017 14:07 Təhsil müəssisələrində baş verən qanunsuzluqlar açıqlanıb
02-03-2017 12:44 Dövlət İmtahan Mərkəzi 9-cular üçün "Abituriyent" jurnalı nəşr etdi
01-03-2017 14:51 40 mindən çox şagird imtahan verəcək
28-02-2017 12:06 Məleykə Abbaszadə valideynlərə müraciət etdi
28-02-2017 11:31 Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək
28-02-2017 10:38 Nazirlik "11 illik", "9 illik" söhbətlərinə aydınlıq gətirdi
27-02-2017 11:17 Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək
27-02-2017 09:15 Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
25-02-2017 14:09 Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək
24-02-2017 21:20 İmtahanlarla bağlı sərəncam — “Onlar ödənişdən azad olunur...”
24-02-2017 15:08 Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI
23-02-2017 22:06 11 illik məktəbləri 9 illik etdilər - Şagirdlər 8 km. kənara getməyə məcburdur - VİDEO
23-02-2017 16:00 Qobu məktəbində Xocalı soyqırımı anıldı – FOTO-VİDEO
23-02-2017 12:08 Nazirlik müəllimləri 4 ay işlədib əməkhaqlarını vermir - ŞİKAYƏT
23-02-2017 10:45 Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradılıb - SİYAHI

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az