İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Tarix:29-11-2016 09:35
Terapiyasız şok...
Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək
Şərh yaz
Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycnda 5% kiritik yoxsulluq və 28% təminatlı orta təbəqə arasında qalan 67%-lik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi tədqidə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər. 
 
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdu. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz, yaramıza məlhəm qoya biləcək iqtisadiyyatdan söhbət gedir. 
 
Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətl pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir. 
 
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50%-dək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10% indeksasiya edilib. 
 
Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq. 
 
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı "şok terapiyası" islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boliviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi. 
 
Bizdə isə indi şok var, amma terapiya yoxdu. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür. 
 
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi... 
 
Rövşən AĞAYEV / iqtisadçı ekspert
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Rövşən_Ağayev - qaz - işıq - su -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:29-11-2016 09:35 - Oxundu: 343
Analiz
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?
21-06-2016 14:09 Bankların yarısı illik hesabatını açıqlamayıb
17-06-2016 14:42 Formula 1 dövlət büdcəsindən nə qədər pul "yeyəcək"?
17-06-2016 12:06 Keçmiş maliyyə naziri: AZƏRBAYCAN BANKLARI ÇÖKÜR
16-06-2016 14:48 Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...
07-06-2016 15:24 Gömrükdə möcüzə: İdxalla ixrac azalsa da, büdcəyə ödənişlər artıb
31-05-2016 15:52 "335 milyon israfçılıqdır" deyənlərə SOCAR-dan cavab
31-05-2016 12:03 Bu gün pul deyil, müştərilərin etimadını qazanmaq zamanıdır...
31-05-2016 11:26 Xızıda mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır
24-05-2016 14:08 İqtisadi amnistiya heç kimi çaşdırmasın...
20-05-2016 17:03 Nefti bahalaşdıran qlobal siyasət karuseli - TƏHLİL
20-05-2016 10:07 "Neft yaxın illərdə bahalaşmayacaq"
17-05-2016 11:17 "Etibarsız" etibarnamə
06-05-2016 16:26 Nəzarət Palatası özündə cəsarət tapmadı...

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az