Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 İyul

2017
09:25
845
Təcili yardım üçün toya çağrılan həkim döyüldü- AZƏRBAYCANDA

Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb,  “təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmamazlığından əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.APA

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru