Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 İyul

2017
12:35
11783
Tarif Şurasından benzinin qiyməti ilə bağlı ikinci açıqlama gəldi

"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur.

FaktXəbər-in məlumatına görə, bu barədə ötən gün "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliklə bağlı Tarif (qiymət) Şurasının açıqlamasında qeyd olunur.

Bildirilir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasından AZƏRTAC-a bildiriblər ki, bununla belə qeyd edilməlidir ki, "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır.

Taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizel ilə deyil, benzin ilə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək.

FaktXəbər olaraq qeyd edək ki, illərdir hər hansı bir enerji daşıyıcısının qiymətin artım baş verərsə, paralelolaraq ondan asılı olan sahələrdə də artımlar müşahidə olunur. Əgər Tarif Şurasının söylədiyi kimi, söhbət sırf sərnişin nəqliyyatından gedirsə, bəli, dövlət səviyyəsində nəzarətlə bu qiymətin qalxmamasına çalışırlar. Amma heç kəs çörəkin çəkisindəki azalmaya, qida sənayesindəki artımlara nəzarət etmir. 2016-cı ilin analoji dövrü ilə müqayisədə inflyasiyanın 14 faiz olması göz önündədir və bu rəqəmi Statistika Komitəsi açıqlayıb. Sabah heç kəs vətəndaşa deyə bilməz ki, becərdiyin məhsulu aşağı qiymətə sat. Və ya ölkənin böyük qida istehsalçıları olan şirkətlərin ildə bir neçə dəfə qiymət artımına getməsi də göz önündədir.

Məqalədə : benzin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:26

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru