Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Avqust

2017
17:06
276
TANAP rəsmisi: Gələn ilin iyununda Azərbaycan qazı Türkiyəyə çatacaq

“2018-ci il iyunun sonunda Əskişəhirdə yerləşən təsisatdan milli şəbəkəyə ilk qazı verəcəyik. 2019-cu ilin iyunundan isə qazımızı Avropaya nəql etməyə başlayacağıq. Bunun üçün gecə-gündüz çalışırıq”. 

 

Bunu Trans Adriatik Qaz Kəməri (TANAP) layihəsinin Keyfiyyət, sağlamlıq, təhlükəsizlik, sosial və ətraf mühit üzrə direktoru Fatih Ərdəm deyib.

TANAP İctimai və Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) çərçivəsində reallaşdırılan “Habitat" sosial-iqtisadi inkişaf proqramının təqdimatında çıxış edən F.Ərdəm bildirib ki, TANAP-ın ümumi dəyəri 10 mlrd. ABŞ dolları civarındadır: “Bu layihəni reallaşdırarkən adi insanların və işçilərin səhhəti, sağlamlığı, təhlükəsizliyi, ekoloji və ictimai dəyərlər nəzərə alınır. "Habitat" dərnəyinin reallaşdırdığı bu proqramla isə Ardahan, Qars və Ərzurumdakı ortalama 122 kəndə müraciət edəcəyik, 13 500 vətəndaşımızla təmasda olacağıq. Onların yarısı xanımlar və gənc qızlar, 5%-i isə əlillər olacaq”.

TANAP rəsmisi deyib ki, 25 min insanın yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün bu layihəyə dəstək veriblər. 

Məqalədə : TANAP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru