Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2017
11:36
2420
İtaliyada yeniyetmə valideynləri ilə birlikdə vulkanın kraterinə yıxılaraq həlak olub FOTO-VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, İtaliyanın  Paççuolo şəhər hökuməti Neapol rayonunda  Fleqreys vulkanik məkanda 3 turistin həlak olması xəbərini təsdiqləyib.

“Turindən olan ailə - valideynlər və onların 2 oğlu ətrafda gəzərkən, övladlarından biri – 11 yaşlı  uşaq yasaq zonaya keçib. Valideynlər uşağa çatmaq üçün onun arxasınca gediblər. Lakin uşaq kraterə yıxılıb. Ata-anası onu xilas etməyə çalışsalar da, özləri də kraterə yıxılıblar”, - deyə Poççuolo meri bildirib.

Bildirilir ki, ikinci uşaq hasarın arxasında qalıb, bu da onun həyatını xilas edib.

Hadisə ilə əlaqədar Flerqey sahələrinin ərazisində təhlükəsizlik  şərtlərini araşdıracaq xüsusi komissiya yaradılacaq.

Məqalədə : vulkan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 06:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com