Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

13 Fevral

2018
14:18
2054
Taleh Bağırova yenidən hökm oxunub

Bu gün Qaradağ Rayon Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni başlanmış cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçieilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

Xatırladaq ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilib. 

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir.(Report)

Məqalədə : Taleh Bağırov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 03:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru